
“O dərdli uşağın göz yaşı üçün...” - Leyla Əliyevanın yeni şeiri

Tovuz rayonu istiqamətində xain düşmənin törətdiyi hərbi təxribat nəticəsində Azərbaycan ordusunun bir qrup hərbçisi şəhid olub. Leyla Əliyeva “O dərdli uşağın göz yaşı üçün...” adlı şeirində bu itkidən doğan kədər hisslərini, xalqımızın qələbə əzmini, işğal altında inləyən torpaqlarımızın azad olunacağına inamını ifadə edir.
Şeiri təqdim edirik:
O dərdli uşağın göz yaşı üçün...
Bombalar səs-səsə veriblər yenə,
Vətənin bağrından qan axır indi.
Düşmən gülləsinə tuş olan əsgər,
Yaran qəlbin qədər dərin, dərindi.
Ağlayır bir ata itirmiş uşaq,
Ağlayır göylərdə Günəş də bu gün.
Ellikcə savaşa hazırıq, Vətən,
O dərdli uşağın göz yaşı üçün.
Bir gün qayıdacaq yerinə hər şey,
Bir gün sevinəcək bu yurd, bu ocaq...
Ancaq o atanın isti qucağı
Bir də o uşağa açılmayacaq.
Elimiz qələbə sorağı gözlər:
Gözləri yoldadı, qulağı səsdə.
Analar əlini qoyub and içir
Oğul itkisinin ağrısı üstə.
Gün gələr, o zəfər xəbəri gələr,
Öpər igidlərin başdaşlarını.
Ata nisgilylə qovrulan uşaq
Dəfn elər gözündə göz yaşlarını.
Etiketlər
Oxşar xəbərlər

Ermənistanın səhiyyə naziri avtomobillə uşaq vurub
Son Xeberler

Azərbaycanda 2021-ci il üzrə kişilərin və qadınlar...
Son Xeberler

Bakıda taksidə doğulan uşağın görüntüləri -
Son Xeberler

17 Min İllik Mavi Gözlü Uşağın Tapılması Tarixi Ye...
Texnologiya xəbərləri

"Uşaqpulu" ilə bağlı deputatdan
Son Xeberler

“Ulduz müharibələri”nin aktyoru öldü
Son Xeberler