🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Oktyabracan 180 min insan öləcək - Karantin ləğv olsa...

25.06.2020 08:35 1,214 baxış sayı 2 dəq. oxuma
Oktyabracan 180 min insan öləcək -

ABŞ-da oktyabr ayına qədər koronavirus səbəbilə minlərlə insan ölə bilər.

Bu barədə Vaşinqton Universitetinin nəzdindəki Sağlamlıq Ölçmələri və Qiymətləndirmə İnstitutunun araşdırmasında deyilir.

Məlumata görə, pandemiyaya qarşı tətbiq edilən məhdudlaşdırıcı tədbirlər aradan qaldırılsa, 180 min insan virusa yoluxaraq ölə bilər. Lakin amerikalıların 95%-i qoruyucu maskalardan istifadə edərsə, bu rəqəm 146 minə düşə bilər.

“Röyters”in xəbərinə görə, institutun direktoru Xristofer Mörri verdiyi açıqlamada bu sözləri deyib: “Ştatlar açılsa belə, ABŞ, şübhəsiz, avqust ayının sonlarında sürətlə virusa yoluxmağa başlayacaq və sentyabr ayında böyük bir pandemiya ilə boğuşacaq”.

Son rəqəmlərə görə, ABŞ-da son sutka ərzində 36 minə yaxın yeni yoluxma qeydə alınıb.

Paylaş: