
Oktyabrın 19-dan X-XI siniflər əyani dərsə başlayacaq

19 oktyabr tarixindən X-XI sinif şagirdləri sanitar-epidemioloji vəziyyətdən asılı olaraq müvafiq şəhər və rayonlarda əyani formada tədrisə cəlb ediləcəklər.
Təhsil Nazirliyindən daxil olan məlumata görə, növbəti müddətdə COVİD-19 pandemiyasının yayılması ilə bağlı məlumatlar təhlil olunaraq tədris prosesinin gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində COVİD-19 yoluxmalarının monitorinqi gündəlik əsasda aparılır və müvafiq qurumların məlumatları əsasında bugünə qədər ölkə üzrə 55 sinif və 30 təhsil müəssisəsi distant tədrisə keçirilib.
Qeyd edək ki, “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq, 15 oktyabr tarixindən etibarən ümumi təhsilin tam orta təhsil səviyyəsi (X – XI siniflər) üzrə şagirdlərin əyani formada tədrisə başlaması nəzərdə tutulub.
Oxşar xəbərlər

Bu gün əyani dərsə başlayan şagirdlərin sayı açıql...
Son Xeberler

Bütün siniflər üzrə dərslər belə təşkil olunacaq -
Son Xeberler

Dərs ili kim üçün nə vaxt başlayacaq:
Son Xeberler

Şagirdlər bu qaydada dərsə gedəcək: Nazir açıqladı
Son Xeberler

Valideynlərin nəzərinə- Baş Nazir qərarı təsdiqləd...
Son Xeberler

SON DƏQİQƏ! Təhsil Nazirliyidən
Son Xeberler