Özbəkistan XİN sərhəddəki vəziyyətlə bağlı Bəyanat yaydı

15.07.2020 16:52 788 baxış sayı 2 dəq. oxuma
Özbəkistan XİN sərhəddəki vəziyyətlə bağlı

Ermənistan-Azərbaycan sərhədində vəziyyətin daha da gərginləşməsi əhali arasında itkilərə səbəb ola bilər, MDB məkanında mühüm iqtisadi əlaqələri dağıda bilər. 

Bu fikirlər Özbəkistan Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında yer alıb.

"Özbəkistan Respublikası insan tələfatına səbəb olan Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyətdən çox narahatdır. Bu sahədə vəziyyətin daha da gərginləşməsi dinc əhali arasında qurbanlara səbəb ola, MDB məkanında mühüm iqtisadi əlaqələri və kommunikasiyaları dağıda, regional təhlükəsizliyə ziyan vura bilər”, - bəyanatda deyilir.

Qurumda qeyd ediblər ki, Daşkənd maksimum təmkinliyin tərəfdarıdır və tərəfləri vəziyyəti normallaşdırmaq və yaranmış vəziyyətdən çıxmaq üçün siyasi-diplomatik danışıqlara çağırır. "Həlak olanların doğmalarına və yaxınlarına başsağlığı veririk", - bəyanatda bildirilir.

Qeyd edək ki, Özbəkistan yanvarın 1-dən MBD-də sədrlik edir

V
Seçki və sorğu analitiki

Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: