Pentagonun cavabsız qoyan sualı: Türkiyə
ABŞ Müdafiə Nazirliyi (Pentagon) Suriyadakı Baas rejiminin süqutundan sonra yaranmış vəziyyətlə bağlı Türkiyə ilə əlaqələrin davam etdiyini bildirib.
Pentagonun sözçüsü Sabrina Sinq gündəlik mətbuat konfransında açıqlamalar verərək, Suriyadakı hadisələrə dair ABŞ-ın Türkiyədəki həmkarları ilə “əla münasibətlər” olduğunu vurğulayıb. Suriyadakı vəziyyətə toxunaraq Sinq deyib ki, “sahədəki vəziyyətin daim dəyişən dinamikaları var. Türkiyə, şübhəsiz ki, Suriyadan gələn təhdidlərlə üzləşir və özünü müdafiə etmək hüququna malikdir”. Sinq, ABŞ-ın yalnız Türkiyə ilə deyil, digər tərəflərlə də Suriyaya dair əlaqələrin davam etdiyini qeyd edərək, bölgədə gərginliyin və toqquşmaların azaldılması çağırışı edib.
Ancaq ABŞ-ın Suriyada yalnız DEAŞ-a qarşı mübarizə üçün olduğunu və bu məqsədlə PKK/YPG terror qrupları ilə əlaqə saxladığını iddia edən Sinq, Türkiyə ilə bu terror qrupları arasında toqquşmaların artması halında ABŞ-ın mövqeyinə dair sualları cavabsız qoyub. Sinq, Suriyadakı rejim dəyişikliyinin “böyük fürsət və eyni zamanda böyük risk” yaratdığını bildirərək, ABŞ-ın bölgədəki mövqeyində əsgərlərinin təhlükəsizliyini təmin etmək və DEAŞ-a qarşı mübarizədən başqa heç bir dəyişiklik olmadığını söyləyib.
Suleyman Şah türbəsinin köçürülməsi ilə bağlı ABŞ ilə danışıqlar olub-olmaması barədə AA müxbirinin sualına Sinq, “Yenidən deyirəm, Türkiyə ilə qarşılıqlı əlaqələrimizi davam etdirəcəyik. Xarici İşlər naziri də bölgədəki ümumi vəziyyəti müzakirə etmək üçün səfərə gedir və əlbəttə ki, Türkiyənin üzləşdiyi təhdidləri başa düşürük, bundan əlavə bir şey deməyəcəyəm” cavabını verib.
Qeyd edək ki, ətrafındakı toqquşmalar səbəbindən, Süleyman Şah türbəsi 2015-ci il fevralın 22-də Şah Fırat əməliyyatı çərçivəsində Suriyanın Haləb əyalətinə bağlı Karakozak kəndindən Türkiyə sərhədinə yaxın Suriyanın Eşme kəndinə köçürülmüşdü.
Oxşar xəbərlər
Pentagonun cavabsız qoyduğu Türkiyə sualı
Son Xeberler
UEFA Avropa Liqası: Qarabağ, Qalatasaray, Fənərbax...
Son Xeberler
Türkiyə Azərbaycanın Yanındadır - Hulusi Akar
Bugun.az
Türkiyə humanitar siyasət yanaşmasını davam etdiri...
Bugun.az
Türkiyə Monteneqronu Yendi
Bugun.az
Almaniya Klubunun Futbolçusu Türkiyə Millisinə Qoş...
Son Xeberler