🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Peşə təhsili pilləsi üzrə əyani tədris qismən bərpa olunub

18.02.2021 13:46 382 baxış sayı 3 dəq. oxuma
Peşə təhsili pilləsi üzrə əyani tədris qismən bərpa olunub

Peşə təhsili pilləsi üzrə əyani tədris qismən bərpa olunub Xüsusi karantin rejimi dövründə tətbiq edilən yumşalmaları nəzərə alaraq, peşə təhsili müəssisələrində fevralın 15-dən etibarən tədris prosesində praktiki məşğələlər üzrə dərslərin əyani formada təşkilinə başlanılıb.

Təhsil Nazirliyi kollegiyasının qərarı və Təhsil nazirinin müvafiq əmrinə əsasən müəyyən ixtisaslar üzrə istehsalat təlimi və istehsalat təcrübəsi üzrə dərslərin əyani formada təşkili, ümumtəhsil fənləri və ixtisas modulları üzrə nəzəri dərslərin isə distant formada təşkili həyata keçirilir.

İKT və turizm sahəsi üzrə müəyyənləşdirilmiş 9 ixtisas üzrə praktiki məşğələlərin (istehsalat təlimi və təcrübəsi) distant (məsafədən) formada tədris edilməsi davam etdiriləcək. Ümumilikdə istehsalat təlimi və təcrübəsi dərsləri əyani formada təşkil ediləcək ixtisaslarda təhsil alan tələbələrin sayı 18.860 nəfər olacaq ki, bu da cəmi tələbə sayının 88 %-nə bərabərdir.

İstehsalat təliminin təşkili zamanı təhsil müəssisəsində tələbə sıxlığının qarşısını almaq məqsədilə dərs cədvəllərində müvafiq dəyişikliklər həyata keçirilib. Tədris planları və dərs cədvəllərinə əsasən ixtisasdan asılı olaraq istehsalat təlimi dərslərinin əyani formada təşkili həftədə 2 gündən artıq olmayacaq. İstehsalat təcrübəsi dərsləri isə işəgötürən təşkilatlarda xüsusi karantin rejimi üzrə qaydalar və tələblər gözlənilməklə əyani təşkil ediləcək. Peşə təhsili müəssisələrində təşkil edilən qısamüddətli kurslarda da tədrisin əyani formada təşkili bərpa edilir.

Tədris prosesi Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli, 332 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na əsasən təşkil edilir.

Paylaş: