🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Prezident Füzuli aeroportu ilə bağlı sualı BELƏ CAVABLADI

26.02.2021 08:33 348 baxış sayı 3 dəq. oxuma
Prezident Füzuli aeroportu ilə bağlı sualı

“Füzulidə aeroport tikintisi başlayıb. İlk öncə minatəmizləmə prosesinə başladıq”.

Bunu Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında “TASS” agentliyinin jurnalistinin “Qarabağda inşa etdiyiniz aeroport beynəlxalq olacaqmı?” sualına cavabında deyib.

Dövlət başçısı qeyd edib ki, bu proses artıq başa çatır: “Yaxın zamanda aeroport istifadəyə veriləcək. Bu, beynəlxalq aeroport olacaq. Uçuş xətti hər növ təyyarələri qəbul edə biləcək. Aeroport həm yüklərin daşınması üçün, həm də turistlərin Şuşaya səfəri üçün istifadə ediləcək.

Tikinti prosesini tezləşdirmək çətindir, çünki minalardan təmizlənməyə dair məsələlər var. Ancaq biz aeroportu payızın əvvəlində istifadəyə buraxmağı planlaşdırırıq”.

Prezident əlavə edib ki, aeroportla bərabar Şuşaya iki yol çəkilir: “Onlardan biri mənim göstərişimlə “Zəfər yolu” adlandırılıb. Bu, o yoldur ki, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri meşələrdən və dərədən keçərək Şuşaya doğru hərəkət ediblər. İkinci yol isə daha aşağıda yerləşəcək, həmçinin aeroportdan birbaşa nəqliyyat imkanı yaranacaq.

Bizim aeroport tikintisi ilə bağlı planlarımız təkcə Füzuli ilə bitmir. Həmçinin Laçın və Zəngilan rayonlarında aeroport tikintisinə dair planlarımız var. Nəzərə alaq ki, Zəngilan çox vacib logistik mərkəzə çevriləcək. Bilirsiniz ki, 10 noyabr bəyanatının əsas maddələrindən biri Ermənistan ərazisi üzərindən Naxçıvan dəhlizinin açılmasıdır. Hansı ki, Azərbaycanı Naxçıvan MR və Türkiyə ilə bağlayacaq”.(Qafqazinfo)

Paylaş: