🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Prezident köməkçisindən sosial şəbəkələrdə yazılanlara reaksiya

11.11.2020 18:41 393 baxış sayı 2 dəq. oxuma
Prezident köməkçisindən sosial şəbəkələrdə yazılanlara reaksiya

"Artıq öz doğma yurd-yuvalarından qaçqın düşmüş bütün vətəndaşlarımız azad olunmuş torpaqlarına geri dönəcəklər və həmin ərazilərdə üçrəngli bayrağımız dalğalanacaq, Azərbaycanın qanunları icra ediləcək, milli valyutamız dövriyyəyə buraxılacaq və bu birmənalıdır".

Bunu Trend-ə müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev deyib.

General-polkovnikin sözlərinə görə, hər kəs bilməlidir ki, artıq Qarabağımıza heç bir status verilmir:

"Əvvəllər olduğu kimi “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi adı yoxdur, tamamilə süquta uğrayıb. Bütöv bir Qarabağ var ki, o da digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Ona görə də bəzi sosial şəbəkə istifadəçilərinin əsassız, qeyri-dəqiq məlumatlarla, heç bir hərbi-siyasi bilgilərə sahib olmadan, müxətlif yanlış məlumatları ictimailəşdirmələrini doğru hesab etmirəm. Fikrimcə bu kimi addımlar həmin “internet qəhrəmanlarının” Azərbaycan Ordusuna, Şəhidlərinə və bütünlükdə Azərbaycanımıza qarşı hörmətsizliyidir".

Paylaş: