🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Qarabağ”ın Avrokubokda ağır məğlubiyyəti: “Ayaks”la görüşdən əvvəl xəbərdarlıqdır?

04.10.2024 06:25 29 baxış sayı 5 dəq. oxuma
“Qarabağ”ın Avrokubokda ağır məğlubiyyəti: “Ayaks”la görüşdən əvvəl xəbərdarlıqdır?

“Qarabağ”ın avrokubokda ağır məğlubiyyəti: “Ayaks”la görüşdən əvvəl xəbərdarlıqdır?
“Qarabağ”ın dünən “Malmö”yə qarşı matçda aldığı məğlubiyyət azarkeşləri şoka saldı. Komandanın son aylarda göstərdiyi oyunlardan bəlli idi ki, psixoloji yorğunluq, motivasiyasızlıq və fiziki hazırlığın çatışmazlığı var. Bu da meydanda açıq-aydın özünü göstərdi.


Ağdamlılar “Ludoqorets” üzərində tarixi qələbədən sonra azarkeşlərinin üzünü güldürə bilmədi. Hətta ölkə reytinqinə xal qazandırmaq baxımından “Zirə” bu mövsüm “Qarabağ”dan daha faydalı olub. “Malmö”nin oyunundan öncə Qurban Qurbanov komandanın problemli olduğunu etiraf etmişdi, bu da komandanın daxilindəki durumdan xəbərdar olduğunu göstərirdi.


“Malmö” oyunu ilk dəqiqələrdən öz üstünlüyünü göstərdi. Öndə pressinq edən, topa daha çox sahib olan İsveçlilər “Qarabağ”ın oyununu pozmuşdu. Bu durum bütün matç boyu davam etdi və Ağdamlılar özünə gələ bilmədi. Hücumda fəal olmayan, topla yox, topun dalınca qaçan “Qarabağ” məğlubiyyətə məhkum idi.


Oyunun gedişinin əksinə, hesabı meydan sahibləri açdı. Qolun Olavio Juninyonun fərdi bacarığı sayəsində vurulduğunu qeyd etmək lazımdır. Rəqibini sürətdə udan braziliyalı azarkeşləri ümidləndirdi. Lakin müdafiədəki səhv bərabərlik, ikinci hissənin əvvəlindəki növbəti diqqətsizlik isə rəqibin qələbə qoluna səbəb oldu.


“Qarabağ”ın heyəti ölkə daxilində rəqibləri darmadağın etmək üçün hər nə qədər yetərlidirsə, avrokubokda zəncirin bircə həlqəsinin qırılması fiasko ilə nəticələnir. Ağdamlılar “Malmö”yə yarımmüdafiənin mərkəzndə uduzdu. Həm hücumda çoxala bilməmək, rəngarəng kombinasiyalar qurmamaq, həm də müdafiəyə güc düşməsi iki eynitipli futbolçunun məcburən oynadılması ilə bağlı idi.


Julio Romaonun oyunundakı düşüşün də səbəbi dayaq bölgəsində onunla yanaşı Patrik Andradenin çıxış etməsidir. Hər iki futbolçu daha çox dağıdıcı kimi tanınır və ötürmələrdə, top saxlamada Marko Yankoviç kimi mahir deyillər. Zədə üzündən uzun müddətdir oynamayan Marko oyunu cinahlara yaymaqda, cinahlarda üçbucaqlar yaratmaqda daha bacarıqlıdır. Dünən sonradan meydana çıxan Yankoviç qısa zamanda faydasını göstərdi. Fiziki imkanları yetərli olsaydı, daha çox oynaya bilsəydi, bəlkə də İsveç klubu Bakıda bu qədər rahat oynamaz, bəlkə də xalsız qalardı.


Yankoviçin zədəlndiyi “Ludoqorets”lə oyundan bəri “Qarabağ”ın ardıcıl 3 məğlubiyyət almasının əsas səbəbi məhz onun yoxluğudur. Görünür, Aleksey İsayev və Riçard Almeyda onu əvəzləyəcək vəziyyətdə olmadığı üçün Qurbanov Romao – Andrade duetnə güvənməyə məcbur olub.


Marko Veşoviçin zədəli olması da “Qarabağ”ın oyununa təsir göstərir. Onun yoxluğunda müxtəlif oyunçulara güvənən baş məşqçi istədiyini ala bilmir və ağdamlılar hücumda təkqanadlı qalır. Elvin Cəfərquliyevin ötürmələrinin qarşısını almaq isə çətin olmur. “Atlılar”ın əksər qolları müdafənin sağ cinahındakı boşluqlardan buraxması da bununla bağlıdır. İş o yerə çatdı ki, Qurbanov rəqibin buradakı fəallığını azaltmaq üçün topalma qabiliyyəti daha yüksək olan Bədavi Hüseynov sağ mərkəz müdafiəçisi kimi meydana buraxdı.


İstənilən halda, məğlubiyyətin səbəbini tapmaq Qurbanovun işidir. Uğurlu məşqçi kimi işinə şübhə edilməyən çalışdırıcı təəssüf ki, “”Malmö”nü dayandırmağın yolunu tapa bilmədi, düşündükləri reallaşmadı. Hələ heç nə itirilməyib, qarşıda 6 oyun var. Amma xal qazanmağın vacib olduğu görüşlərdən biri məhz dünən reallaşdı. Evdə, “Malmö” kimi rəqiblər əldən buraxılırsa, “Ayaks”ı, Lion “Olimpik”ini məyus etməkə daha çətin olacaq. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün evdə maksimum nəticə qazanmaq, üstəlik, səfərdə də mütləq kimisə büdrətmək lazımdır. Dünənki qəzadan sonra səfərdə uğurlu nəticələrin sayı daha çox olmalıdır. “Qarabağ”ın toparlanacağına ümid edək.


Paylaş: