Son Xeberler
Son Xeberler

12.01.2021 14:38

6 abunə

326

Qənirə Paşayeva şəhid ailələri ilə görüşdü - FOTO

Qənirə Paşayeva şəhid ailələri ilə görüşdü -

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonu, Əyyublu kənd sakini, Vətən Müharibəsinin şəhidi Vahid Qurbanovun valideynləri Elşad Nurəddin oğlu Qurbanov və Nurlana Əli qızı Babayeva ilə görüşüb.

Komitə sədri şəhid valideynlərini düşmən üzərində tarixi zəfər münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:

“Sizin oğlunuzun və onun cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik həsrətinə son qoyulub. Oğlunuz Vahid Vətən Müharibəsində cəsarətlə iştirak edib, canını canından əziz tutduğu Vətənimiz uğrunda fəda edib.

Oğlunuz Azərbaycan Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Bu medallar oğlunuza, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirakı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, habelə Füzuli və Xocavənd rayonıarının işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında fədakarlıqla iştirak etdiyinə görə verilib. İndi onunla yalnız siz valideynlər, ailə üzvləri deyil, bütünlüklə qədirbilən xalqımız fəxr edir. Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirik! Şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Bu zəfər münasibəti ilə təbriki ən çox haqq edən insanlar Siz şəhid valideynlərisiz.

Əziz şəhid valideynləri,

Sizi düşmən üzərində qələbə münasibəti ilə bir daha təbrik edir, yeni təqvim ili münasibəti ilə ən xoş diləklərimi yetirirəm”!

Q.Paşayeva şəhid valideynlərinə Mədəniyyət Komitəsi adından Məktub və üzərində “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.

***

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Abşeron rayon, Mehdiabad qəsəbə sakini, şəhid Tural Taryel oğlu Məmmədovun (05 noyabr 1999, Daşkəsən – noyabr, 2020, Şuşa) anası Könül Həsənova ilə də görüşüb.

Qənirə Paşayeva şəhidin anasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb:

“Əziz şəhid anası, Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş əsgərimizin anasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid anaları haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Şəhid oğlunuzun ruhu qarşısında dərin ehtiramla baş əyirik!

Tural Məmmədov kimi gənclərimizlə hər zaman qürur duyacağıq!

Onun və cəbhə yoldaşlarının fədakarlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub.

Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm”!

Q.Paşayeva şəhid əsgərin anasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi adından Məktub, üzərinə “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.