🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Qurban Məmmədova məxsus beşmərtəbəli qeyri-qanuni tikili sökülür - FOTO

05.09.2020 11:40 462 baxış sayı 2 dəq. oxuma
Qurban Məmmədova məxsus beşmərtəbəli

Bakının Nərimanov rayonu Murtuza Nağıyev küçəsi 4-6 ünvanında yerləşən qeyri-qanuni beşmərtəbəli tikili məhkəmə qərarı ilə sökülür.

APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, tikilidə olan əşyalar çıxarıb məhəllədəki sığınacağa yerləşdirilib.

Tikintinin iki mərtəbəsi obyekt kimi, üç mərtəbə isə yaşayış evi kimi istifadə edilib.

Nərimanov rayonunda qeyri-qanuni tikintilərə nəzarət edən rayon İcra Hakimiyyətinin işçisi Nurlan Həsənov bildirib ki, tikili tam söküləcək.

Qeyd edək ki, beşmərtəbəli tikili hazırda Londonda yaşayan hüquqşünas Qurban Məmmədova məxsusdur.

Mətbuatda gedən məlumatlara görə, bir müddətdir, xaricə yaşayan Qurban Məmmədova Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və şöbə müdiri Əli Həsənovun diktəsi ilə mənzillər və obyektlər verilib.

Həmin obyektlərdən biri də hazırda sökülən, Nərimanov Rayon İcra hakimiyyətinin başçısı Abdin Fərzəliyev tərəfindən Q. Məmmədova verilmiş beşmərtəbəli binadır.

Paylaş: