🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Quterreş Livan üçün ilk dəfə "cəhənnəm" sözünü işlətdi

26.09.2024 10:47 68 baxış sayı 2 dəq. oxuma
Quterreş Livan üçün ilk dəfə "cəhənnəm" sözünü işlətdi

Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antoniu Quterreş, İsrail və Livan arasında davam edən qarşıdurmanın Livanı “cəhənnəmə çevirə biləcəyi” barədə xəbərdarlıq edib. Livanın BMT Təhlükəsizlik Şurasında “Yaxın Şərqdəki Vəziyyət” mövzusunda çıxışı zamanı o, “Livanda cəhənnəmin qapıları açılıb. Dünən Baş Məclisdə də dediyim kimi, hamımız bundan narahat olmalıyıq. Livan uçurumun kənarındadır” deyib.

Livanın suverenliyinə hörmət edilməsinin vacibliyini vurğulayan Quterreş, Livan Silahlı Qüvvələrinin gücləndirilməsi üçün bütün səyləri dəstəklədiklərini bildirib. Oktyabr ayından bəri İsrail və Hizbullah arasında davam edən qarşıdurma nəticəsində təxminən 200 min Livanlı və 60 mindən çox İsrail vətəndaşı evlərini tərk etməyə məcbur olub.

"Bazar ertəsi günü Livanda bir nəsildir yaşanan ən qanlı gündü" deyən Quterreş, Livan Səhiyyə Nazirliyinin məlumatlarına istinadən bildirib ki, bazar ertəsi və çərşənbə axşamı İsrailin hücumları nəticəsində 569 nəfər həlak olub, onlardan 50-si uşaq, 94-ü qadındır. 1800-dən çox insan yaralanıb. Tərəfləri dərhal düşmənçilikləri dayandırmağa çağıran BMT Baş Katibi, “Livan xalqı, İsrail xalqı və dünya xalqları Livanın başqa bir Qəzzəyə çevrilməsinə dözə bilməz” deyib.

Quterreşin bu sözləri, Livanda yaşanan humanitar böhranın getdikcə ağırlaşdığını və daxili siyasi qeyri-sabitlik fonunda İsrail-Livan qarşıdurmasının bölgədə yeni bir müharibəyə səbəb ola biləcəyini göstərir.

Paylaş: