Rusiya peyvəndi Çin və Hindistanda istehsal oluna bilər

17.11.2020 14:17 536 baxış sayı 1 dəq. oxuma
Rusiya peyvəndi Çin və Hindistanda istehsal oluna bilər

Rusiya Prezidenti Vladimir Putin “Sputnik V” koronavirus peyvəndinin istehsalının Çin və Hindistanda həyata keçirilə biləcəyini açıqlayıb.

 Putin bu barədə BRICS ölkələrinin sammitindəki çıxışında bildirib.

“Geniş sivil dövriyyəyə buraxılması üçün bu məhsulun kütləvi istehsalı istiqamətində səyləri birləşdirmək çox vacibdir”,- deyə Putin vurğulayıb.

Qeyd edək ki, ötən gün Qazaxıstanda “Sputnik V” peyvəndinin istehsalı üçün fabrikin tikiləcəyi açıqlanmışdı.

A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: