Rusiya vaksininin qiyməti açıqlandı

25.11.2020 05:47 535 baxış sayı 1 dəq. oxuma
Rusiya vaksininin qiyməti açıqlandı

Rusiyada hazırlanan koronavirusa qarşı “Sputnik V” peyvəndinin qiyməti açıqlanıb.

Rusiyanın Birbaşa İnvestisiyalar Fondunun (RDIF) məlumatına əsasən, 1 doza vaksin dünya bazarına 10 dollardan az bir qiymətdə satışa çıxarılacaq.

“Pfizer”, “BioNTech”  və “Moderna” şirkətləri tərəfindən hazırlanan peyvənd Rusiya vətəndaşları üçün ödənişsiz olacaq.

Qeyd olunub ki, “Sputnik V” 500 milyondan çox insana çatacaq miqdarda hazırlanıb.

S
Beynəlxalq münasibətlər analitiki

Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: