Rüstəm Muradovdan Qarabağda atəşkəsin pozulması ilə bağlı açıqlama - VİDEO

13.12.2020 19:23 521 baxış sayı 2 dəq. oxuma
Rüstəm Muradovdan Qarabağda atəşkəsin pozulması ilə bağlı

Dekabr ayının 11-də Hadrut ətrafında iki kənddə atəşkəsin pozulması ilə bağlı Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradov açıqlama verib.

Rusiyalı hərbçi TASS-a verdiyi açıqlamada bildirib ki, artıq ərazidə rus sülhməramlıları var və insident nəzarət altına alınıb.

Muradov əlavə edib ki, Rusiya sülhməramlıları vəziyyəti daim izləyir və Ermənistan və Azərbaycan tərəflərinin nümayəndələri ilə qarşılıqlı əlaqə saxlayır.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi ölkələr arasındakı üçtərəfli razılaşmadan sonra ilk dəfə Qarabağda atəşkəsin pozulduğunu açıqlamışdı.

L
Siyasi şərhçi

Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...

Bütün məqalələrə baxın
Paylaş: