
Sabah Bakıda Zəfər paradı keçiriləcək

Sabah Bakıda Vətən müharibəsində qələbəyə həsr olunmuş möhtəşəm hərbi parad keçiriləcək.
Paradda Azərbaycan hərbçiləri ilə yanaşı Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları da keçid edəcəklər.
Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş olunacaq.
Qeyd edək ki, Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bakıda hərbi parad keçirilir -CANLI
Bugun.az
Slovakiyanın müdafiə naziri Bakıda hərbi paradı iz...
Azəri Xəbər

Övladları ilə paradı izləyəcək ata: Fəxr hissi keç...
Azəri Xəbər

Bakıda Zəfər paradı keçirilir -
Son Xeberler

Türkiyə hərbçiləri və F-16-ları Bakıda Zəfər parad...
Azəri Xəbər

Bakıda “Formula 1” konstruksiyaları sökülür,
Son Xeberler


