
Sərhədlər bu tarixədək bağlı qalacaq

Rusiya və Azərbaycanda koronavirusa yoluxanların sayının kəskin artması və ölkəmizdə sərt karantin tədbirlərinin tətbiqi ilə əlaqədar Rusiya Federasiyası (Dağıstan Respublikası) ilə Azərbaycan Respublikası arasında quru dövlət sərhədi vətəndaşların keçidi üçün 2020-ci ilin 1 mart tarixinədək bağlı olacaq.
Bu barədə Azərbaycanın Rusiyadakı Səfirliyindən məlumat verilib.
Bildirilib ki, qış fəslini, əlverişsiz hava şəraitini, infrastrukturun və məişət şəraitinin olmamasını nəzərə alaraq, həmçinin ciddi problemlərlə üzləşməmək üçün Səfirlik Azərbaycan Respublikası vətəndaşlarından sərhədi keçmək məqsədi ilə Dağıstana getməkdən çəkinməyi təkidlə xahiş edir.
Oxşar xəbərlər

Bakıdan rayonlara gediş-gəlişlə bağlı YENİ QƏRAR -...
Son Xeberler

Fədayə Laçın Rusiyaya köçdü -
Şou Xəbər

“Bərpa edilən sərhədlər münaqişə zonası deyil” -
Son Xeberler

Yağıntılı hava şəraiti bu tarixədək davam edəcək
Xəbər Anı

“SSRİ dövründəki sərhədlər əsas götürüləcək” -
Son Xeberler

Ukrayna XİN-dən Qarabağla bağlı bəyanat
Son Xeberler