🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

SON DƏQİQƏ! Xankəndi ilə bağlı vacib AÇIQLAMA

01.12.2020 12:29 2,834 baxış sayı 3 dəq. oxuma
SON DƏQİQƏ! Xankəndi ilə bağlı vacib

“Noyabrın 10-da imzalanmış birgə bəyanatda göstərilir ki, Ermənistan ordusu Dağlıq Qarabağdan tamamilə çıxarılacaq və orada nəzarəti Rusiya sülhməramlıları həyata keçirəcək.

Təbii ki, burada söhbət ermənilərin yaşadığı ərazilərdən və Laçın koridorunun bir hissəsindən gedir.

Ümumilikdə Xankəndi, Xocalı, Xocavənd də daxil olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətində olacaq”.

Bu sözləri Redaktor.az-a millət vəkili Elşad Mirbəşiroğlu deyib. O, əldə olunan razılaşmada ermənilərin yaşayacağı ərazilərin xüsusi statusunun olmadığını bildirib:

Əgər orada status məsələsi yoxdursa, Ermənistanın həmin ərazilərdə heç bir hüququi təsiri yoxdur. Bir sözlə, Azərbaycanın digər rayonları hansı statusdadırsa, həmin ərazilər də o statusda olacaq. Ermənilər Xankəndi və digər rayonlarda ancaq Azərbaycan qanunları çərivəsində yaşayacaqlar.

Lakin əvvəllər dövlətə qarşı təxribatlarda iştirak etmiş şəxslərin mövcudluğuna son qoymaq şərti ilə. Güman edirəm ki, Rusiya sülhməramlıları Azərbaycanla əməkdaşlıq çərçivəsində bu məsələləri ciddi şəkildə nəzarətdə saxlayacaqdır.

Bütün hallarda, hesab edirəm ki, Azərbaycanın ortaya qoyduğu iradə qəbul edilib. Diqqət edin, sonuncu Rusiya sülhməramlı qüvvələri Azərbaycanın nəzarəti altında Xankəndinə getdi.

Bu da onu göstərir ki, bütün proseslər Azərbaycan dövlətinin birbaşa nəzarəti altındadır. Bəzi məsələlər var ki, zamanla öz həllini tapacaq. Narahat olmağa əsas yoxdur”.

Paylaş: