“Şuşanın azad edilməsi ümidlərimizi artırdı” - Ərdoğan
"Şuşa şəhərinin işğaldan azad edilməsi sevincimizi və ümidlərimizi artırdı".
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirlərin konfransında deyib.
Ərdoğan bildirib ki, Azərbaycan torpağının işğal olunmasına səssiz qala bilməzdik və qalmadıq.
“Ermənistanın 28 illik zülmü qarşısında ATƏT-in Minsk Qrupu azərbaycanlı qardaşlarımızı qaçqın vəziyyətində saxladı. Bu işğala Minski Qrupu heç bir çarə tapmadı, həll yolu təklif etmədi.
Azərbaycanlı qardaşlarımız öz problemlərini özləri həll etdi. Prezident İlham Əliyevin Şuşanın azad olunması ilə bağlı açıqlamasını sevinclə izlədik. İlham Əliyev başda olmaqla Azərbaycan xalqını təbrik edirəm. Bu mübarizə Qarabağ işğaldan tam azad olunana qədər davam edəcək. Dağlıq Qarabağda işğal bitməyincə, mübarizə bayrağı enməyəcək".
Oxşar xəbərlər
Türkiyə Səfirliyindən Şuşa ilə bağlı paylaşım
Son Xeberler
“Şuşasız bizim işimiz yarımçıq qalar” -
Son Xeberler
Vətən müharibəsi iştirakçılarına veriləcək medalla...
Son Xeberler
5 general “Şuşanın azad olunmasına görə” medalı il...
Son Xeberler
Prezident Şuşa uğrunda döyüşdən danışdı
Son Xeberler
“İnşallah, Kəlbəcər və Laçın da sahiblərinə təslim...
Son Xeberler