Tahir İmanov Bəhram Bağırzadədən danışdı- YALAN SÖHBƏTDİR

25.06.2020 12:45 891 baxış sayı 2 dəq. oxuma
Tahir İmanov Bəhram Bağırzadədən danışdı-

Bir müddətdir ki, Əmkdar artist Bəhram Bağırzadənin 90 faizdən çox ağciyər toxuması zədələndiyindən onu ECMO cihazına qoşublar. Həkimlər onun koronavirus pandemiyasına yoluxduğunu deyirlər. Bu dəfə isə B.Bağırzadəyə ağciyər köçürülməsi gündəmə gəlib.

Bəs görən transplantasiya nə vaxt həyata keçiriləcək?

Bəhramın yaxın dostu, Əməkdar artist Tahir İmanov deyilənlərin şayiə olduğunu bildirib:

“Bəhrama ağciyər transplantasiyası ilə bağlı yayılan xəbərlər yalandı, şayiədir. Bu, bizim bəzi həkimlərin fikri və rəyidir, amma yalan söhbətdir. Bəhramın vəziyyəti cüzi şəkildə yaxşılığa doğru gedir. Yüksək dinamika var və biz buna şükür edib, sevinirik”.

Qeyd edək ki, Tədris Cərahiyyə Klinikasının dosenti Ədalət Rüstəmov mətbuata açıqlamasında B.Bağırzadənin hazırkı durumunda ona ağciyər köçürülməsinin mütləq olduğunu bildirmişdi.

Tibb müxbiri

Tibb və səhiyyə xəbərləri üzrə ixtisaslaşmışam. Tibb bacısı kimi işlədikdən sonra jurnalistikaya keçdim.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: