🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

TƏBİB açıqlama yaydı: SON DƏQİQƏ

27.06.2020 07:32 784 baxış sayı 3 dəq. oxuma
TƏBİB açıqlama yaydı:

Evdə müalicəyə cəlb olunan koronavirus xəstələrindən alınan iltizam sənədinin forması açıqlanıb.

“Evdə müşahidə edilməyə dair iltizam” sənədi şəxsdən analiz götürülən müddətdən etibarən imzalanır.

Sənəd analiz nümunəsi götürülən zaman 2 nüsxədə doldurulur. Sənəddə müşahidə olunan şəxsə aid bəzi məlumatlar qeyd olunur. 

Evdə müşahidə edilməyə dair iltizam sənədində qaydalar da müəyyənləşib. Qeyd olunub ki, müşahidə müddətində evi tərk etmək və ziyarətçi qəbul etmək qəti qadağandır.  Bu prosesə xüsusi mobil tətbiq vasitəsilə nəzarət edilir. Tibb işçisinin müraciəti zamanı dürüst məlumatları verməklə, həkim məsləhətlərinə ciddi riayət edilməlidir. 

Mobil tətbiq mütləq qaydada yüklənilməlidir. Tibbi məsləhətə ehtiyac yarandığı təqdirdə ailə/sahə həkiminə müraciət edilməlidir. 

Mobil tətbiqin aktiv olması, təyin olunan vaxt müddətində elektron məruzələrin göndərilməsi və s. bundan irəli gələn məsələlərin icrası mütləqdir. Təqdim edilən təlimata uyğun şəxsi gigiyena qaydalarına ciddi riayət edilməlidir və olduğu yerdən asılı olmayaraq tibbi maska istifadəsi mütləqdir. Müşahidəsi evdə aparılan xəstələr sağalana qədər onların sağlamlıq vəziyyəti ailə/sahə həkimi tərəfindən nəzarətdə saxlanılır. Təqdim edilən təlimatın digər müddəalarına riayət edilməlidir.

Qeyd olunub ki, sənəd iki halda - şəxsin laborator testin nəticəsi “neqativ” olduqda və həkim qərarı ilə şəxsin müalicə üçün xüsusi rejimli xəstəxanaya keçirildiyi vaxtdan etibarən qüvvədən düşür. 

Karantin rejimini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Paylaş: