🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

TƏBİB-dən evdə müalicə olunan koronavirus xəstələrinə - XƏBƏRDARLIQ

10.12.2020 09:19 479 baxış sayı 2 dəq. oxuma
TƏBİB-dən evdə müalicə olunan koronavirus xəstələrinə -

Bu gün COVID-19 xəstələrinin böyük hissəsi evlərdə izolyasiya olunub, amma onlar buna nə dərəcədə əməl edirlər?! Düzdür, bu xəstələrin evdən çıxmaq qadağası var, amma onlar ev daxilində olsa belə, izolyasiya qaydalarına düzgün əməl edirlərmi? Bunların özü də sual altındadır.

Bunu  TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupun üzvü Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə, dünyada yoluxma sayında baş verən artım fonunda ölkəmizdə də yoluxma sayında artım müşahidə olunmaqdadır.

"Təbii ki, bu, havaların soyuması, fəsillərin dəyişməsi ilə əlaqədardır. Amma artım tendensiyası belə davam edərsə, yoluxma sayı getdikcə çoxalacaq. Bu gün koronavirusa yoluxan 2000 xəstənin hər biri bir neçə nəfərlə kontaktda olur. Buna görə də yoluxma sayı artmaqda davam edir”.

TƏBİB rəsmisi qeyd edib ki, evdə müalicə olunan xəstələrin hər bir ailə üzvü növbəti günlər üçün potensial xəstə hesab olunur. Bu səbəbdən də evdə müalicə alan koronavirus xəsətəsi özünü digər ailə üzvlərindən maksimum təcrid etməli, izolyasiya qaydalarına riayət etməlidir.

Paylaş: