🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

TƏBİB-dən həyəcan təbili

17.06.2020 08:12 1,326 baxış sayı 2 dəq. oxuma
TƏBİB-dən həyəcan təbili

Son vaxtlar sosial şəbəkələrdə bir sıra insanlar yazır ki, temperaturları olduqları üçün Təcili Tibbi Yardıma zəng vururlar, onlara isə xəstəxanalarda yerin olmadığı bildirilir. Həqiqətənmi, artıq bizdə xəstəxanalarda boş yer yoxdur və vəziyyət ciddidir?

Bu suallara TƏBİB-in yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev cavab verib.

''Bəli, artıq xəstəxanalarda yer dolub. Biz dəfələrlə mətbuata açıqlayırdıq ki, əgər yoluxma sayı nəzarətimizdən çıxarsa, yəqin ki, xəstəxanaya ehtiyacı olan insanların sayı da artacaq. Bu baxımdan hazırda yer qıtlığı yaşayırıq. Ona görə də biz yüngül və orta xəstələri ağırlıq dərəcəsinə görə bölüb yüngül xəstələri evdə, ağır xəstələri isə xəstəxanda müalicə edəcəyik.

Hazırda yer qıtlığı yaşayırıq. Sağalıb evə gedən xəstə sayı daha azdır, nəinki yeni yoluxan xəstə sayı. Tutaq ki, günə 100 xəstə sağalıb evinə gedir. Amma yeni yoluxma halları 300-ün üzərindədir. Bu zaman, təbii ki, biz xəstəxanalarda yer sayı problemi yaşayacağıq.''(Qafqazinfo)



Paylaş: