🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

TƏBİB koronavirus xəstələrindən pul istəyənlərlə bağlı vətəndaşlara MÜRACİƏT ETDİ

07.12.2020 11:43 382 baxış sayı 3 dəq. oxuma
TƏBİB koronavirus xəstələrindən pul istəyənlərlə bağlı vətəndaşlara

"Bir sıra hallarda öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə çalışan bəzi şəxslər canını və sağlamlığını təhlükəyə atan həkimlərimizin əziyyətlərinə kölgə salmaqdan çəkinmirlər”. 

Bu barədə TƏBİB-in yaydığı xəbərdarlıqda deyilir. 

Qeyd edilir ki, hazırda pandemiya ilə mübarizə üçün ayrılmış xüsusi rejimli 46 xəstəxanada vətəndaşlarımızın sağlamlığının qorunması məqsədilə minlərlə tibb işçisi öz üzərinə düşən vəzifələri şərəflə yerinə yetirməkdədir: 

"Bütün xəstəxanalarımızda müayinə və müalicə prosesi qəbul edilmiş klinik protokollara uyğun olaraq tamamilə dövlət hesabına həyata keçirilir. Tam əminliklə bildiririk ki, hazırda xüsusi rejimli xəstəxanalarımızın hamısı hər növ dərman və tibb vasitələri ilə, o cümlədən, favipravir, remdesevir kimi antivirus preparatları ilə tam təchiz edilmişdir. COVID-19 xəstəliyinin aşkar edilməsi üçün 40-a yaxın Molekulyar Mikrobioloji laboratoriyada gün ərzində ÜST-ün müəyyən etdiyi kriteriyalara uyğun olaraq 20 000-dək PZR testi tam ödənişsiz, dövlət hesabına aparılır. Bununla yanaşı, tibb müəssisələrimizin bir hissəsi də 44 günlük Vətən Müharibəsində yaralanmış qazilərimizə tibbi xidmət göstərməyə davam edir”. 

TƏBİB koronavirusa yoluxmuş şəxslərin müalicəsi zamanı onlardan əlavə ödənişlər tələb edən şəxs və ya şəxslərin olması ilə bağlı sosial şəbəkələrdə yaranmış müzakirələrə aydınlıq gətirmək məqsədilə bu prosesdə iştirak edən insanların qanunla cəzalandırılmasında yaxından iştirak etməyi vətəndaşlardan xahiş edib: 

"Əmin ola bilərsiniz ki, müraciət edən hər bir şəxsin konfidensiallığı qorunacaq, əsaslı faktlar toplanaraq araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim ediləcək.

Qeyd edilən hallara məruz qaldığınız və ya rastlaşdığınız zaman aşağıda göstərilən əlaqə vasitələri ilə bizə məlumat verməyinizi xahiş edirik. 

Email: [email protected]

Tel :  +99451513-1542”

Paylaş: