🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Təxribatçılar aksiyanın əsl mahiyyətinə kölgə salmağa çalışdılar - VİDEO

15.07.2020 09:22 501 baxış sayı 6 dəq. oxuma
Təxribatçılar aksiyanın əsl mahiyyətinə kölgə salmağa çalışdılar -
Dünən axşam saatlarından başlayaraq Bakıda orduya dəskət şüarı altında minlərlə insan küçələrə çıxdı.
 
Məqsəd Tovuz rayonundan erməni təxribatı nəticəsində şəhid olan hərbi qulluqçularımıznın qanının yerdə qalmayacağını göstərmək və və əsgərlərimizn yanında olduğunu nümayiş etdirmək idi. Əvvəlcə Azadlıq meydanına toplaşan minlərlə insan daha sonra şəhidlər xiyabanına doğru yürüş edərək şəhidlərin ruhuna etirmını bildirdi, dövlətimizə və əsgələrimizə dəstək şüarları səsləndirdi, Qarabağ uğrunda müharibəyə hazır olduqlarını bəyan etdilər. Təmkinlilik və həmrəylik nümayiş etdirən azərbaycan polisi isə təşkil olunan bu aksiyaya müdaxilə etmirdi, ümumi situasiyanı nəzarətda saxlayırdı. İnsanların qarşısına çıxan Müdafiə Nazirliyinin rəsmiləri orduya dəstəyə görə, birlik nümayiş etdirdiklərinə görə xalqa minnətdarlıqlarını bildirdilər. Azərbaycan xalqının ordusunun yanında olması həqiqətən qürarverici idi. Təxminən gecə saat 2 radələrində insanların böyük əksəriyyəti dağılışsa da, bu vəziyyətdən sui-istifadə edənlər ortaya çıxdı. Artıq baş verənlər orduya və əskərə dəstək mahiyyətində deyildi. Xalqın və dövlətin bu həssas dönəmində yaranmış vəziyyətdən sui-istifadə edən bir qrup şəxs təxribarə əl atdı və ortaya heç bir məntiqə sığmayan mənzərə çıxdı. Təxribatçı qrup parlamet binasının qapılarını və şüşələrini sındıraraq zorla içəri daxil oldular. Binaya daxil olduqdan sonra bu şəxslər içəridəki avadanlıqlara da ziyan vurdular. Onların bu hərəkətkərinə artıq göz yummaq olmazdı... saatlardır səbr və təmkin nümayiş etdirən Azərbaycan polisi əvvəlcə xəbərdarlıq edərək dağılmağı tələb edib lakin aksiyaçılar buna məhəl qoymadılar. Nəticədə asayiş keşikçilərimiz təxribatçılara müdaxilə etmək məcburiyyətində qaldı. Özbaşınalıq edən bir qrup şəxs saxlanıldı. Milli Məclisin qarşısındakı meydan da xüsusi vasitələrdən istifadə edilməklə boşaldıldı. Aksiyanın əsl mahiyyətini unudan təxribatçı qruplar qarşıqlıqdan istifadə edərək 2 avtobus və bir neçə polis avtomobilinə ziyan vurdular. Polis isə qısa bir müddət ərzində ərazidə asayişi bərpa etməyə nail oldu. Nəticə göz önündədir. Minlərlə insanın bir ağızdan “Qarabağ!” deyə qışqırıb, ordumuza dəstək verdiyi dinc və şərəfli aksiya, bir anda hansısa qüvvələrin təxribatı nəticəsində öz istiqamətini dəyişdi. Dövlət orqanlarının binasına hücum, iğtişaş və xoş olmayan görüntülərlə nəticələndi. Bir qrup insanın mənfur əməlləri Vətənpərvərlik və milli birlik hissləri başlayan möhtəşəm nümayişə kölgə saldı. 90-cı illərin əvvələrini xatırladan bu görünütülər həmin dövrdə olduğu kimi bu gün də insanlar arasında çaşqınlıq və xaos yarartmaq, vəziyyətdən milli yox, şəxsi maraqlar naminə istifadə etmək cəhdləri idi. Lakin unutmayaq ki, bu cür mənzərə ancaq düşmənlərimizin işinə yarayır. Şəhidlər xiyabanı kimi müqəddəs bir məkanın düz qarşısında yaşanan bu görüntülər şəhid olan hərbi qulluqçularımızın xatirəsinə də hörmətsizlik oldu. Lakin nə xaricdəki düşmənlərimiz, nə də daxildəki təxribatçılar unutmasınlar ki, bu cür ucuz provakasiya ilə Azərbaycan xalqını dövlətinə qarşı qoya bilməzlər. Unutmayın! Güclü Azərbaycanda dövlət- xalq birliyi heç vaxt sarsılmayacaq.

 
 
Paylaş: