Son Xeberler
Son Xeberler

21.06.2020 05:49

6 abunə

390

“Titanik”i batıran aysberqin nadir şəkili tapıldı - FOTO

“Titanik”i batıran aysberqin nadir şəkili tapıldı -

"Titanik"i batıran aysberqin fəlakətdən iki gün əvvəl təsadüfən çəkilmiş fotosu üzə çıxıb.

Şəklin müəllifi "İton" adlı başqa bir gəminin kapitanı V. Vud olub. O, fotoqrafiya ilə maraqlanırmış və gəmisi "Titanik" ilə eyni su yolu boyunca Atlantikanı keçəndə nəhəng buz blokunu qeydə alıb.

Nyu Yorka uğurla çatan Vud çəkdiyi fotonu "Titanik"i batıran aysberq olduğunu qeyd edərək məktubla birlikdə ailəsinə göndərib.

Vud yazırdı: "Mən sizə dəniz şəkli göndərirəm: Fırtınadan qaçan "İton" və "Titanik"i batıran aysberq.

"İton" kapitanı gəmisinin "Titanik"in batmasından 40 saat əvvəl bu yerdən keçdiyini əlavə edib. Gün ərzində bu baş verdiyindən komandası asanlıqla aysberqi görüb və ötüb keçib. Vud foto çəkildiyi yerin koordinatlarını da qeyd edib və onlar təxminən "Titanik"in batdığı yerlə üst-üstə düşür.

Daily Mail-in yazdığına görə, ötən əsrdə məşhur laynerin qəzaya uğradığı yerin yaxınlığında bir neçə aysberq tapılıb. Onlar toqquşmadan əvvəl və sonra formalaşıblar. Bununla birlikdə Vudun fotoşəkli ən uyğun görünür, çünki aysberqin şəkli qəza şahidlərin dedikləri ilə uyğundur.

Nadir fotoşəkil bu il iyunun 20-də hərracda satılacaq. Lotun başlanğıc qiyməti 15000 olacaq.

Xatırladaq ki, məşhur okean gəmisi "Titanik" öz dövrünün ən böyük gəmisi olub. Sauthemptondan Nyu Yorka ilk səfəri zamanı Nyufaundlend sahillərində bir aysberqlə toqquşduqdan sonra batıb. Fəlakət 1.496 nəfərin ölümünə səbəb olub, 712 nəfər xilas edilib. Qəzada ikiyə bölünən gəminin dağıntıları 1985-ci ildə tapılıb.