Ukraynanın Xarkov vilayətində 26 nəfər öldüyü hərbi təyyarənin qəza anının görüntüləri yayılıb.
Ukrayna Daxili İşlər nazirinin müavini Anton Qeraşenko “Facebook”da sözügedən videonu paylaşıb.
Xatırladaq ki, An-26 hərbi nəqliyyat təyyarəsi cümə axşamı təlim uçuşu zamanı Xarkov vilayətinin Çuguyev şəhəri yaxınlığında qəzaya uğrayıb.
Hava gəmisində 27 nəfər olub: yeddi ekipaj üzvü və 20 kursant. Bir kursantın uçmasına icazə verilməyib. Rəsmi rəqəmlərə görə, 26 nəfər ölüb (biri xəstəxanada).
Son anda təyyarədən tullanmağı bacaran bir kursant xilas olub: O, hazırda orta dərəcəli bədən xəsarətləri ilə xəstəxanadadır.