Ukraynada koronavirusa yoluxanların sayı 28 mini ötdü

10.06.2020 06:42 623 baxış sayı 2 dəq. oxuma
Ukraynada koronavirusa yoluxanların sayı 28 mini ötdü

Ukraynada daha 525 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 28 381-ə çatıb.


Bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.


Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 23 nəfər artaraq 833-ə yüksəlib.


Ukraynada indiyədək 12 769 nəfər COVID-19-dan sağalıb.


Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.


Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 7,3 milyonu ötüb. Bunların 3,6 milyon nəfərdən çoxu sağalıb, 413 mindən çoxu isə ölüb.


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

O
Ekologiya müxbiri

Ekologiya və ətraf mühit mövzularında yazıram. İqlim dəyişikliyi və yaşıl enerji mənim prioritet mövzularımdır.

Bütün məqalələrə baxın
Paylaş: