ÜST: Yeni aşkarlanan virus epidemiyaya çevrilə bilər
Hindistanın cənubunda insanlar arasında yeni virus yayılmağa başlayıb.
Nipah adlanan bu virus beynin zədələnməsi və respirator xəstəliklərə yol açır.
Bu xəstəliyə düçar olanlar xüsusilə əzələ zəifliyi, boğazağrısı, hərarətdən şikayətlənirlər. Daha sonra isə bütün bu əlamətlər mərkəzi sinir sisteminin zədələnməsinə yol açaraq insanı komaya salır. İnfeksiya simptomsuz da inkişaf edə bilər.
Məlumata görə, Hindistanda virusdan artıq 18 nəfər ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı mütəxəssislərinin fikrincə, nipah virusunun dünyada epidemiya kimi yayılması təhlükəsi var.
Bildirilib ki, koronavirusda olduğu kimi bu virusun daşıyıcıları da əsasən yarasalardır.
Qeyd edək ki, ilk nipah alovlanması 1999-cu ildə Malayziyada qeydə alınıb. Virusun adı ilk qeydə alındığı Kampunq-Sunqay-Nipah kəndinin adından götürülüb.
Oxşar xəbərlər
Uşaqlar arasında təhlükəli virus yayılıb
Tibbi məlumatlar
Çindən ŞOK XƏBƏR:
Son Xeberler
Market paketlərində koronavirus ola bilər -
Son Xeberler
Bu şəxslər koronavirusa yoluxmur -
Son Xeberler
Rusiya Ermənistandan idxal olunan pomidora qadağa...
Son Xeberler
"Buzlu şüşə" aşkarlanan xəstələrin sayı açıqlandı...
Son Xeberler