
XİN Bayramov-Pompeo görüşü barədə məlumat yaydı

Azərbaycan Xarici İşlər Nazirliyi Ceyhun Bayramovla ABŞ Dövlət katibi Mayk Pompeo arasında baş tutan görüşlə bağlı məlumat yayıb.
XİN-dən verilən məlumata görə, nazir Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsində son vəziyyətlə bağlı müzakirə aparıb, Ermənistan tərəfinin destruktriv siyasəti, Azərbaycanlı dinc əhalinin məqsədyönlü şəkildə atəşə tutulması, xaricdən muzdluların və terrorçuların kütləvi cəlb olunması və sair məsələlər barədə ətraflı məlumat verib.
Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycanın haqlı mövqeyi BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə və digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə əsaslanır.
Söhbət zamanı, həmçinin Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər

Pompeo tərəfləri substantiv danışıqlara çağırıb
Son Xeberler

Pompeo İlham Əliyevlə telefonla danışdı
Son Xeberler

ABŞ-da “TikTok” qadağan oluna bilər
Son Xeberler

Pompeo karantinə alındı
Son Xeberler

ABŞ-dan İrana yeni sanksiyalar:
Son Xeberler

Ceyhun Bayramovla Pompeonun görüşü başladı -
Son Xeberler