Son Xeberler
Son Xeberler

27.01.2021 17:59

6 abunə

553

Yaralı olduğunu anasından 45 gün gizlədən qazi - Polkovnik-leytenant Tərlan Cəmilov

Yaralı olduğunu anasından 45 gün gizlədən qazi -

Qarabağ müharibəsi qazisi, polkovnik-leytenant – düşmən gülləsi, dostlarım yaralanır, qışqırtı... Müharibənin ağrı-acısını necə təsvir edərsiniz sualıma cavab idi Tərlan Cəmilovun bu fikirləri... 39 yaşlı qəhrəmanım ömrünün yarısını, 18 ilini hərbi xidmətə həsr edib. 2003-cü ildə Heydər Əliyev adına Hərbi Akademiyanı bitirdikdən sonra paytaxt da daxil olmaqla, Cəlilabad, Beyləqan, Naftalan, Tərtərdə Vətənə xidmətini davam etdirib. Ailənin kiçik övladı olan qəhrəmanımızın qardaşı da hərbçidir.