
Yardımlıda 6 kiloqrama yaxın heroin ələ keçirildi, saxlanılan var

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Yardımlı rayonunun Gendərə kənd sakini Vüsal Kazımov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, onun yaşadığı evin həyətinə baxış keçirilərkən yardımçı tikilinin arxa tərəfində gizlətdiyi 1 ədəd sellofan bağlamada çəkisi 5 kiloqram 800 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bu rayonda əməliyyat keçirildi -Saxlanılanlar var
Bugun.az

Polis əməliyyat keçirdi -Saxlanılan var
Bugun.az

"Bandotel" Bakıda əməliyyat keçirdi
Son Xeberler

Azərbaycanda internetdə narkotik satanlardan 131 k...
Son Xeberler

Polis əməliyyat keçirdi - Saxlanılanlar var
Bugun.az

SON DƏQİQƏ: Bakı polisi əməliyyat keçirdi -
Son Xeberler