
Baykar Türkiyənin Şimalında Yeni İstehsal Bazası Qurur

Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən biri olan Baykar, ilk Anadolu istehsal bazasını Samsunda qurmaq qərarına gəlib. Rəsmi qəzetdə dərc olunan qərara əsasən, Samsun şəhərinin Tekkeköy rayonunda, 400 hektar ərazidə xüsusi sənaye zonası yaradılacaq.
Samsun Böyükşəhər Bələdiyyəsinin başçısı Halit Doğan sosial mediada bu investisiya qərarını açıqlayaraq, Baykarın müdafiə və kosmik sənayesində qlobal lider olduğunu və bu investisiyanın Samsuna strateji əhəmiyyət verdiyini vurğulayıb. Doğan, “Respublikanın ikinci əsri Samsun əsri olacaq” deyə bildirib.
Bu, Baykarın İstanbul Xüsusi Sənaye Zonasındakı mövcud istehsal müəssisəsinə əlavə bir investisiya hesab olunur. Rəsmi qəzetdə dərc olunan məlumata görə, Samsundakı yeni ərazi, xəritə ilə birlikdə mövcud İstanbul zonasına əlavə edilib. Qərar, 4737 saylı Sənaye Zonaları Qanununun müvafiq maddələri çərçivəsində qəbul olunub. 2019-cu il Prezident Fərmanı ilə əvvəlcədən elan edilən Baykarın xüsusi sənaye zonası indi Samsun investisiyalarını da əhatə edir.
Son aylarda Samsun, irimiqyaslı sənaye və texnoloji investisiyalarla gündəmə gəlib. MKE (Maşınqayırma və Kimya Sənayesi) Samsunda 2 milyard TL-lik investisiya elan edib. Avtomobil sektorunun nümayəndəsi olan Chery şirkətinin də Samsuna investisiya yatıracağı barədə şayiələr dolaşmaqdadır.
Baykarın Samsundakı yeni bazasının istehsal gücü, işçi sayı və istehsal olunacaq sistemlər barədə hələlik ətraflı məlumat yoxdur. Lakin, müəssisənin xüsusi sənaye zonasında yerləşəcəyi faktı, həm tədqiqat-inkişaf, həm də yüksək texnologiyalı istehsal fəaliyyətinin aparıla biləcəyini göstərir. Bayraktar TB2 və Akıncı kimi pilotsuz uçuş aparatları ilə tanınan Baykar, Türkiyənin milli texnologiya təşəbbüsündə mühüm yer tutur. Bu investisiya, yerli istehsal gücünün artırılması və sənayenin Anadoluya bərabər paylanması baxımından əhəmiyyətli bir addım hesab olunur.
Oxşar xəbərlər

“Bayraktar” Ermənistanın HHM və radar sistemlərini...
Son Xeberler

Çeri Şirkəti Samsunda 200 Min Avtomobil İstehsalın...
Texnologiya xəbərləri

Bayraktar Kalkan DIHA: Kütləvi istehsala hazırdır!
Texnologiya xəbərləri

Qızıləlma kütləvi istehsala başlayır!
Texnologiya xəbərləri

Samsung Apple üçün qatlanan telefon ekranları iste...
Texnologiya xəbərləri

Türkiyə ordusundan uğurlu əməliyyat
Bugun.az