
Elektrikli Avtomobil Satışları Yüksəlir

2025-ci ilin yanvar-iyul aylarını əhatə edən dövrdə qlobal elektrikli avtomobil satışları 10,7 milyona çatıb. Araşdırma şirkəti Rho Motion-un məlumatlarına görə, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 27% artımı əks etdirir. İyul ayında isə 1,6 milyon avtomobil satılıb. Bu, illik 21% artım, lakin may ayına nisbətən 9% azalmadır.
Çin elektrikli avtomobil bazarında liderliyini qoruyub saxlayır. İlk yeddi ay ərzində ölkədə 6,5 milyon elektrikli avtomobil satışı həyata keçirilib ki, bu da illik 29% artım deməkdir. İyul ayında ümumi avtomobil satışlarında yavaşlama müşahidə olunsa da, elektrikli avtomobillərin ümumi bazar payı son üç aydır 50%-dən yüksəkdir. Bazarı əsasən batareya ilə işləyən elektrikli avtomobillər, hibridləri geridə qoyaraq, üstələyir.
Avropada satışlar eyni dövrdə 30% artıb. Bölgədə ən yüksək artım 43% ilə Almaniyada, ikinci yerdə isə 32% ilə Böyük Britaniya qeydə alınıb. Fransa satışlarında isə azalma müşahidə olunub. İtaliya təxminən 40% artımla aparıcı bazarlardan biri olub. Ölkədə tətbiq olunan yeni güzəştlər bu dinamikanın il sonuna qədər davam edə biləcəyini göstərir.
Şimali Amerikada daha sabit bir mənzərə yaranıb. ABŞ, Kanada və Meksikanı əhatə edən bölgədə ilin ilk yeddi ayında yalnız 2% artım müşahidə olunub. Sentyaьr ayının sonlarında ABŞ-da vergi güzəştlərinin bitməsi ilə bağlı gələn həftələrdə müvəqqəti artım gözlənilir. Lakin, yüksək tariflər və bəzi istehsalçıların daxili yanma mühərrikli modellərə yönəlməsi bölgədə elektrikli avtomobil satışlarının artımını ləngidən amillər arasındadır.
Ümumi bazarda müvəqqəti dalğalanmalar və regional fərqlərə baxmayaraq, elektrikli avtomobillərə maraq artmaqda davam edir. Rho Motion ilin ilk yeddi ayında baş verən bu artımın 2025-ci ilin sonuna qədər davam edə biləcəyini proqnozlaşdırır. Çinin bazarın yarısından çoxunu ələ keçirməsi, Avropada davamlı artım və güzəştlərin dəstəyi ilə yeni bazarlarda canlanma əlamətləri qlobal elektrikli avtomobil sənayesinin gücləndiyini göstərir.
Oxşar xəbərlər

Almaniyada Tesla Satışları 60% Düşdü! Səbəblər Nəl...
Texnologiya xəbərləri

Volkswagen Elektrikli Avtomobil Satışlarında Rekor...
Texnologiya xəbərləri

Çin istehsalı "Delfin Sörf" Avropada!
Texnologiya xəbərləri

Elektrikli Avtomobillər: Növbəti 2 İldə Partlama E...
Texnologiya xəbərləri

1000 At Gücündə Yeni Mercedes-AMG Elektrikli Avtom...
Texnologiya xəbərləri

Xiaomi-nin Elektrikli Avtomobillərinin Satışı Kəsk...
Texnologiya xəbərləri