🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Hansı qidaları və içkiləri acqarına qəbul etmək olmaz?

11.11.2024 17:10 56 baxış sayı 3 dəq. oxuma
Hansı qidaları və içkiləri acqarına qəbul etmək olmaz?

Qəhvə, çay, yoğurt, sitrus meyvələri və şirin qazlı içkiləri acqarına qəbul etmək həzmetmə və qanda şəkərə nəzarətlə bağlı problemlər yarada bilər.

Oxu.Az-ın "Daily Mail"ə istinadən xəbərinə görə, bu barədə ABŞ-nin Corctaun Universitetinin Xəstəxanasından olan diyetoloq Robinn Çutkan və Nyu-Yorkdan olan qastroenteroloq Maykl Şopis danışıblar.

Mütəxəssislərin sözlərinə görə, kofein mədə turşusu ifrazını stimullaşdıra bilər ki, bu da mədə yanması, ürəkbulanma, öskürək, ağız qoxusu və qarında şişkinlik kimi simptomlara gətirib çıxara bilər. Həmçinin aşağı qida borusunun sfinkteri genişlənə və mədə turşusu yenidən qida borusuna qayıda bilər və bu da turşu reflüksünə səbəb ola bilər. Bu cür təsirlər mədənin həm boş, həm də dolu olduğu zaman baş verə bilər, lakin acqarına xoşagəlməz hisslər daha qabarıq özünü göstərir.

Həkimlər əlavə ediblər ki, ənənəvi olaraq digər növlərə nisbətən tərkibində daha çox kofein olan qara çayı içməzdən əvvəl də qəlyanaltı etmək lazımdır. Çobanyastığı, hibiskus və nanə çaylarını isə qorxmadan içmək olar.

Kofein ehtiva edən içkilərlə yanaşı, acqarına, həmçinin şirin və qazlı içkilərin də içilməsi məsləhət görülmür. Karbondioksid mədədə toplanaraq ona təzyiq göstərə və şişkinliyə səbəb ola bilər. Bundan əlavə, qidadan orqanizmə qəfil şəkər qəbulu qanda qlükoza səviyyəsinin kəskin artmasına gətirib çıxara bilər ki, onun aşağı salınması da adətən güc itkisi ilə müşayiət olunur.

Qastroenteroloq Şopis qeyd edib ki, bəzi insanlar acqarına süd məhsullarını həzm etməkdə çətinliklər yaşayırlar. Həkimin sözlərinə görə, yoğurtda süd turşusunun artıq olması mədə-bağırsaq traktını qıcıqlandıra və məhsulun tərkibindəki probiotiklərin (faydalı bakteriyaların) bir hissəsini məhv edə bilər.

Mütəxəssislərin ilkin yemək kimi yeməyi tövsiyə etmədikləri digər məhsul isə sitrus meyvələri və onlardan hazırlanan şirələrdir. Onlar qeyd edirlər ki, səhər yeməyinin məşhur inqrediyentlərinin tərkibində olan limon turşusu bağırsağın selikli qişasını zədələyə bilər.

Paylaş: