🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Bakıda 2500 manata lüks avtomobillər satılır

14.11.2024 11:23 24 baxış sayı 3 dəq. oxuma
Bakıda 2500 manata lüks avtomobillər satılır

Məlum məsələdir ki, Azərbaycana gətirilən avtomobillərin əksəriyyəti ABŞ-də qəzaya düşmüş maşınlardır. Bu avtomobillərin vəziyyəti barədə VİN kodu vasitəsi ilə "CarFax" etdirməklə tam məlumat almaq mümkündür.

Bəzi avtomobilləri "CarFax" etdirən zaman maşının sığorta statusunda "salvage" yazılır. Bəs bu nə deməkdir? 1000, 1500 dollara satılan "Salvage" kateqoriyalı maşınları almağa dəyər?

"Salvage" maşın almaq barədə düşünərkən bir neçə vacib məqamı nəzərə almaq lazımdır. "Salvage" maşınlar, ümumiyyətlə, ciddi qəzaya düşən, təbii fəlakət, yanğın və ya su zədəsi almış, sığorta şirkətləri tərəfindən dəyərdən düşmüş avtomobillərdir. Bunların bəzi üstünlükləri və çatışmazlıqları var:

"Salvage" maşınlar adi maşınlardan daha ucuz olur. Ucuz qiymət səbəbilə bəzən daha üstün model almaq imkanı yaradır. Maşını yenidən yığmaq və ya ehtiyat hissəsi kimi istifadə etmək istəyənlər üçün bu maşınlar yaxşı seçim ola bilər.

Alverçilərə bəd, maşın almaq istəyənlərə şad xəbər - Artıq Azərbaycanda da mümkün oldu

"Salvage" maşınlar əvvəllər ciddi zədələr gördüyü üçün, onların tam güvənli olması şübhəli ola bilər. Hətta yenidən düzəldilsə belə, bu maşınlar gələcəkdə satmaq üçün çətin olacaq və yenidən dəyərdən düşəcəklər. Bəzi sığorta şirkətləri salvage maşınları sığortalamaqda çətinlik yarada bilər və ya tam sığorta xidmətləri təklif etməyə bilər. Bu maşınların bir çoxunda uzunmüddətli texniki problemlər yarana bilər. Yenidən düzəldilsə belə, zamanla əlavə xərc tələb edə bilər.

Əgər bu maşını ehtiyat hissələri üçün almaq və ya qısa müddətli istifadə etmək istəyirsinizsə, uyğun qiymətə tapmaq sərfəli ola bilər. Lakin uzunmüddətli istifadə, təhlükəsizlik və satışı düşünürsünüzsə, "salvage" maşın almaq böyük risk daşıyır.

Etiketlər

Paylaş: