
ŞOK! Bakıda 1 milyon manata aptek satılır

Bakının Nəsimi rayonu, Həsən Əliyev (keçmiş İnqilab) küçəsində fantastik qiymətə aptek satılır. Aylıq icarə haqqı 4500 manat olaraq nəzərdə tutulan obyektin satış dəyəri isə nə az nə çox 1 milyon manatdır.
Sözügedən aptekin satışı ilə bağlı satış saytlarının birində elan dərc edilib. Elanda aptekin sahəsinin 100 kvadratmetr olduğu bildirilir.
5 otaqdan ibarət olan aptekin satış qiyməti internet istifadəçiləri tərəfindən geniş maraqla qarşılanıb. Ümumiyyətlə isə son zamanlar sözügedən ərazidə, yəni Həsən Əliyev küçəsi və “Gənclik” metrostansiyasının ətrafında ev, mənzil və obyektlərin katostrofik satış qiymətləri adi hala çevrilib. Bundan bir müddət öncə isə, burada həyət evlərinin biri 2.5 milyon manata satışa çıxarılmışdı.
Market, mağaza və klinika tipli obyektlərin yüksək məbləğdə satışı dəfələrlə müşahidə edilsə də, “əlyandıran” qiymətə aptek satışı demək olar ki, ilk dəfədir. Əksər realtorlar bu cür pik qiymətləri obyektin ərazisi, yerləşdiyi yer və aylıq gəlirinin yüksək olması ilə əlaqələndirirlər.(Yenisabah.az )
Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Bakıda 7 milyon manata mənzil satılır
Bugun.az

Bakıda Maaşlar Nə Qədər Artdı?
Son Xeberler

Mərkəzi Bank problemli kreditlərin həcmini açıqlad...
Son Xeberler

Ən ucuz kənd məhsulları hansı bazarlarda satılır?...
Son Xeberler

“Qarabağ Futbol Klubu”nun gəlirləri 40% artıb
İdman Xəbər

20 aptekdə nöqsanlar aşkarlandı -FOTO
Bugun.az



