🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Emin Axundovu ölümlə hədələyənə AĞIR CƏZA

30.10.2024 17:05 40 baxış sayı 1 dəq. oxuma
Emin Axundovu ölümlə hədələyənə

"AzərMaş” ASC-nin İdarə Həyətinin sədri Emin Axundovu və yaxınlarını ölümlə hədələyərək 100 min manat tələb etməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, Əhməd hədə-qorxu ilə tələb etməkdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Əhməd məhkəmədə özünü təqsirli bilməyib. Emin Axundovun ailəsini çoxdan tanıdığını, qardaşı Eldarın ona borcu olduğunu deyib. O, Eldara ev tikib verməklə yanaşı, həyətindəki itini yemlədiyini də qeyd edib.

“AzərMaş” sədri özü də məhkəmədə ifadə verib. O, Əhmədin ağır formada cəzalanmasını istəyib.

Paylaş: