Köhnə körpü uçdu: Ölənlər və yaralananlar var

31.10.2024 17:13 188 baxış sayı 1 dəq. oxuma
Köhnə körpü uçdu:

İdoneziyada namizədin seçki kampaniyası zamanı izdihamın ağırlığını saxlaya bilməyən köhnə körpünün uçması nəticəsində 7 nəfər həyatını itirib, onlarla insan yaralanıb.

Bu barədə "Jakarta Globe" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, seçki kampaniyası çərçivəsində Banda adalarını ziyarət edən Andi Munasvirə dəstək olmaq istəyən çoxlu sayda tərəfdar dəniz kənarındakı körpüyə çıxıb. İzdihamın ağırlığını tab gətirə bilməyən köhnə körpü uçub.

İlkin məlumatlara görə, 7 nəfər ölüb, onlarla insan yaralanıb. Yaralananlar xəstəxanaya çatdırılıb.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın

Etiketlər

Paylaş: