Milyonçu öldü, sərvətini itinə, aşpazına vəsiyyət etdi

29.10.2024 07:33 174 baxış sayı 1 dəq. oxuma
Milyonçu öldü, sərvətini itinə, aşpazına vəsiyyət etdi

Oktyabr ayında vəfat edən Hindistanın “Tata Steel” şirkətinin keçmiş rəhbəri Ratan Tata 118 milyon dollarlıq sərvətinin bir hissəsini Tito adlı itinə vəsiyyət edib.

Bu barədə “Yahoo News” məlumat yayıb.

Subay və varisləri olmayan Tata vəsiyyətnaməsinə aşpazını, evin qarovulçusunu və baş köməkçisini də daxil edib.

“Onlar bir daha işləmək məcburiyyətində qalmayacaqlar və çox yaxşı yaşayacaqlar”, - deyə mərhumun dostu şərh edib.

O bildirib ki, bu, milyonçunun itinə və evindəki insanların qayğısına minnətdarlıq jestidir.

Varislər siyahısında mərhumun qardaşı və iki bacısının da adı var.

G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: