
Naxçıvanın icra başçısı təyin edilən Cabbar Musayev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Sfera.az Cabbar Musayevin dosyesini təqdim edir:
C.Musayev 1981-ci il yanvar ayının 10-da Naxçıvan şəhərində anadan olub.
O, Türkiyə Respublikasının Ankara şəhərində ali təhsil alıb, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. C.Musayev eyni zamanda iqtisad üzrə fəlsəfə doktorudur.
2004-2013-cü illərdə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyində böyük məsləhətçi, sektor müdiri vəzifələrində işləmiş, 2013-2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı MMC-nin direktor müavini vəzifəsində çalışıb.
2016-cı ilin aprel ayının 18-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsinə təyin edilib.
Dövlət qulluğunun kiçik müşaviridir. Evlidir, iki övladı var.
Etiketlər
Oxşar xəbərlər

Cabbar Musayev icra başçısı təyin edildi - SƏRƏNCA...
Bugun.az

Prezident yeni icra başçısı təyin etdi
Xəbər Anı

Qasım Əliyev yüksək posta gətirildi
Bugun.az

Naxçıvanın Babək Rayonuna Atəş Açıldı
Son Xeberler

Biləsuvarın yeni icra başçısı kimdir? -
Son Xeberler

Nazir təyin olunan Rəşad Nəbiyev kimdir? - DOSYE /...
Son Xeberler