Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti Gədəbəydə sosial təşəbbüslərin icrasını uğurla davam etdirir (FOTO)

17.11.2025 06:06 6 baxış sayı 4 dəq. oxuma Trend
Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti Gədəbəydə sosial təşəbbüslərin icrasını uğurla davam etdirir (FOTO)

Gədəbəy rayonunda aktiv hasilat fəaliyyəti göstərən “Azerbaijan International Mining Company Limited” (AIMC) yerli icmaların sosial-iqtisadi inkişafına dəstək məqsədilə fəaliyyətlərini uğurla davam etdirir. Şirkət 2025-ci ilin yanvar-oktyabr aylarında ümumilikdə 21 fərqli sosial layihəni icra edib. Bu layihələr yerli əhalinin rifahının yaxşılaşdırılması, təhsilin inkişafı, səhiyyə, idman, və infrastrukturun təkmilləşdirilməsi sahələrini əhatə edib.


AIMC, Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan Muxtar Respublikası və Gədəbəydəki bir sıra qızıl, mis və polimetal yataqlarının kəşfiyyatı və işlənməsi üçün hasilatın pay bölgüsü sazişi əsasında fəaliyyət göstərən “R.V. Investment Group Services, LLC”-nin operatorudur. Bu fəaliyyət istiqamətlərinin səmərəli təşkili və dövlət qurumları ilə əməkdaşlığın təmin edilməsi məqsədilə, 21 iyun 2024-cü ildən etibarən saziş üzrə dövləti təmsil etmək səlahiyyəti “AzerGold” QSC-yə verilib. “AzerGold” QSC şirkətə geoloji kəşfiyyat, hasilat, istehsalat işlərində və ətraf mühitin mühafizəsində yardım göstərir. Bundan əlavə, onlar yerli icmalarla işin təşkili və korporativ sosial məsuliyyət istiqamətlərində də dəstək verir. **AIMC-nin sosial fəaliyyəti** bu sıx əməkdaşlığın nəticəsində qısa müddət ərzində ciddi nəticələr əldə edib.


Həyata keçirilən təşəbbüslər arasında ucqar yaşayış məntəqələrində təhsil infrastrukturuna dəstək xüsusi yer tutur. Gədəbəy rayonunun Söyüdlü kənd orta məktəbinin həyətində yerləşən ikisinifli məktəb binasında və digər köməkçi tikililərdə əsaslı təmir-bərpa işləri aparılıb. Məktəb üçün həmçinin 1 ədəd kitabxana da inşa edilib. İnfrastruktur işləri çərçivəsində Söyüdlü və Qaradağ kəndlərində əhalinin gündəlik həyat şəraitini yaxşılaşdırmaq üçün ümumi uzunluğu 18,5 kilometr olan kənddaxili yollar təmir və bərpa edilib. Sel sularının zərər vurduğu təxminən 4 km uzunluğundakı örüş yollarında isə dolğu materialı ilə bərkitmə və səth düzləndirmə işləri icra olunub.


Sosial rifahın dəstəklənməsi məqsədilə cari ilin 10 ayı ərzində 500 aztəminatlı ailəyə 2000-dən artıq ərzaq bağlaması paylanılıb. Bu aksiyalar Gədəbəy şəhəri ilə yanaşı, Arıqdam, Söyüdlü, Qaradağ, Xarxar kəndləri və Qumlu yaşayış sahəsini əhatə edib. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə aztəminatlı ailələrin azyaşlı övladları üçün göz müayinəsi aksiyası təşkil edilib. Müayinələr zamanı aşkar olunan müxtəlif diaqnozlar üzrə müvafiq müalicə kursları təyin edilib.


AIMC həmçinin yerli gənclərin sosial aktivliyini artırmağa çalışır. Onlar regionda intellektual və idman yarışları təşkil edib, eyni zamanda gənclərin beynəlxalq turnirlərdə iştirakına sponsorluq edib. Şirkətin sosial məsuliyyət yanaşmasında şəhid ailələrinə xüsusi diqqət yetirilir. Zəfər Günü münasibətilə şəhid ailələrinin Şuşa və Xankəndinə səfəri təşkil edilmiş, onlara mənəvi dəstək verilib. Şirkət əhali ilə mütəmadi görüşlər təşkil edir, onların təklif və problemlərini dinləyir, icra edilən layihələrə ictimai iştirakçılığı artırmağı təmin edir. Ötən dövr ərzində 433 vətəndaş müraciəti icraata götürülüb və həll edilib. **Gədəbəy rayonunda davamlı inkişaf** üçün AIMC gələcəkdə sosial infrastrukturun təkmilləşdirilməsi və səhiyyə sahələrinə dəstəyin genişləndirilməsi üzrə yeni təşəbbüslər planlaşdırır.


G
Ticarət müxbiri

Ticarət və əmtəə bazarları haqqında yazıram. Xarici ticarət balansı və ixrac-idxal dinamikası mənim maraq dairəmdədir.

Bütün məqalələrə baxın
Paylaş: