Azərbaycan nümayəndə heyəti ABŞ-də səfərdədir (FOTO)

18.11.2025 03:35 8 baxış sayı 3 dəq. oxuma Trend
Azərbaycan nümayəndə heyəti ABŞ-də səfərdədir (FOTO)

Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarından ibarət nümayəndə heyəti Birləşmiş Ştatlarda rəsmi səfərdədir. Heyətin tərkibinə deputatlar – Səməd Seyidov, Anatoliy Rafailov, Nigar Arpadarai, Tural Gəncəliyev daxildir. Onlarla birlikdə Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq İnsan Hüquqları Təsisatları ilə Əməkdaşlıq İdarəsinin rəisi vəzifəsinin icra edən Jalə İbrahimova, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynov və Sefarad yəhudilərinin Bakı dini icmasının sədri ravvin Zamir İsayev də səfərdədir. Səfərin əsas məqsədi ABŞ Konqresinin yuxarı və aşağı palatalarının üzvləri, administrasiya rəsmiləri, aparıcı beyin mərkəzlərinin nümayəndələri və yəhudi təşkilatları ilə bir sıra görüşlər təşkil etməkdir.


Nümayəndə heyəti görüşlər zamanı Cənubi Qafqaz regionunda baş verən yeniliklər haqqında ətraflı məlumat verir. Həmçinin, Azərbaycan-ABŞ ikitərəfli əlaqələrində yaranmış müsbət dinamika, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatlar verilir. Nümayəndə heyəti öz işinə noyabrın 17-də başladı. Onların ilk görüşü ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin üzvü Cim Birdin ofisinin rəhbəri Sara Rosnik ilə baş tutdu. Daha sonra heyət ABŞ-nin bir sıra aparıcı yəhudi təşkilatlarının, analitik mərkəzlərin və ABŞ Konqresinin üzvlərinin köməkçilərinin də iştirak etdiyi dəyirmi masada iştirak etdi. Bu görüşlərdə Cənubi Qafqazda gedən proseslər, 8 avqust- Vaşinqton Sammitindən sonra Azərbaycan-ABŞ əlaqələrində yaranmış canlanma barədə danışıldı. Nümayəndələr 907-ci düzəlişin ləğvi, ABŞ Konqresində ölkəmizin əleyhinə irəli sürülmüş təşəbbüslər və bir sıra digər əhəmiyyətli məsələlər barədə məlumat verdi, qarşı tərəfi maraqlandıran sualları cavablandırdı.


Sonrakı günlərdə nümayəndə heyətinin işgüzar görüşləri davam edəcək. Plana görə, heyət ABŞ Dövlət Departamenti, ABŞ Konqresinin yuxarı və aşağı palatasının üzvləri, beyin mərkəzlərinin nümayəndələri ilə görüşməlidir. Eyni zamanda, Azərbaycan-ABŞ Ticarət Palatasında da görüşlərin keçirilməsi nəzərdə tutulur. Bu görüşlər Azərbaycanın sülh gündəliyini və regional perspektivlərini Amerika ictimaiyyətinə və siyasi dairələrinə çatdırmaq üçün vacib sayılır. Səfər noyabrın 21-dək davam edəcək.


V
Seçki və sorğu analitiki

Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.

Bütün məqalələrə baxın
Paylaş: