
Azərbaycanın uğurlu xarici siyasəti ölkəmizin nüfuzunu artırır, yeni tərəfdaşlar qazandırır - Vüqar Rəhimzadə

Azərbaycanın iqtisadi müstəqilliyi onun beynəlxalq aləmdə siyasi mövqeyini gücləndirir. Ölkə enerji resurslarından yaxşı istifadə edərək regional inkişafda aparıcı qüvvəyə və dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Azərbaycan dövrün tələblərini yüksək səviyyədə yerinə yetirir, bu da həm iqtisadi, həm də siyasi müstəqilliyin təmin edilməsinə kömək edir. Ölkəmiz təbii resurslarından səmərəli istifadə məqsədi ilə bir sıra enerji layihələrinin təşəbbüsçüsü və iştirakçısı olub. Bu layihələrin uğurla həyata keçirilməsi yeni əməkdaşlıq körpülərinin qurulmasına və əlaqələr coğrafiyasının böyüməsinə səbəb olur. Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri daim yeni tərəfdaşlar qazanmasına zəmin yaradır.
Ulu Öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi gələcəyimiz üçün atılan mühüm addım idi. Əməkdaşlıq əvvəlcə regional çərçivədə quruldu, lakin zaman keçdikcə coğrafiyasını böyüdərək beynəlxalq miqyas aldı. Cənub Qaz Dəhlizi, onun əsas hissələri olan TANAP və TAP layihələri bu gün dünyanın enerji təhlükəsizliyinin təminatında əsas rol oynayır. Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının davamı olan “Yeni əsrin müqaviləsi” bu gün Azərbaycana beynəlxalq arenada siyasi və iqtisadi qazanclar gətirir. İqtisadiyyatın şaxələndirilməsi siyasəti uğurla həyata keçirilir, bu da qeyri-neft sektorunun uğurlu inkişafı üçün zəmin yaradır. Cari dövrün tələbi isə yaşıl enerjiyə keçiddir.
Yaşıl enerjiyə keçidlə əlaqədar, ötən il Bakıda keçirilən COP29 tədbiri Azərbaycanın imkanlarını təqdim etmək baxımından çox əhəmiyyətli oldu. Bu iqlim konfransına ev sahibliyi etmək, eyni zamanda ölkəmizin D-8 təşkilatına üzv qəbul edilməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yerini aydın göstərir. Deputat Rəhimzadə Bakıda keçirilən COP29-un ən möhtəşəm COP-lardan biri kimi tarixə düşdüyünü qeyd edib. 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı konfransın yüksək təşkili qonaqlar tərəfindən çox dəyərləndirildi. Genişmiqyaslı qarayaxma kampaniyalarına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələrə nail oldu. "Yaşıl dünya naminə həmrəylik!" şüarını əsas tutan ölkəmiz bitərəf vasitəçi olaraq çıxış etdi və qərəzsiz danışıqlar üçün bütün imkanları yaratdı. Azərbaycan inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını nəzərə alan bir nəticə əldə etməyə çağırdı. Nəticədə "Bakı nailiyyəti" adlı çoxtərəfliliyin təntənəsinə şahid olundu. COP29-da İtki və Zərər Fondu tam fəaliyyətə başladı. Ən əsası, 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etməyi hədəfləyən Yeni Kollektiv Kəmiyyət Məqsədi qəbul edildi. Bu nailiyyət dünya tarixi üçün dönüş nöqtəsi oldu.
Millət vəkili, həmçinin, ötən ilin mühüm uğurlarından birinin də Azərbaycanın dekabrın 19-da D-8 təşkilatına üzv qəbul olunması olduğunu vurğulayıb. 1997-ci ildə qurulan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı inkişaf etməkdə olan səkkiz ölkə tərəfindən yaradılıb. Onun məqsədi üzv ölkələr arasında iqtisadi, ticarət, maliyyə və texnoloji əməkdaşlığı inkişaf etdirməkdir. Misirin paytaxtı Qahirədə keçirilən XI Sammitdə ölkəmiz yekdilliklə D-8-in üzvü seçildi. Bu üzvlük, Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsi olaraq, təşkilat yarandığı gündən bəri ilk genişlənmə kimi qeydə alındı. Bakıda “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunun keçirilməsi böyük əhəmiyyət kəsb edir. Dövlət başçısı D-8 Media Forumunun iştirakçılarına müraciətində bu qərarın ölkəmizə olan beynəlxalq etimadın göstəricisi olduğunu bildirmişdi. 1,2 milyard əhalini əhatə edən D-8 platforması dayanıqlı iqtisadi artım, rəqəmsal transformasiya və enerji təhlükəsizliyi kimi mühüm sahələrdə inkişafı irəli aparmaq üçün geniş imkanlara malikdir. Azərbaycan təsisat çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsinə öz töhfəsini verməyə davam edəcək.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Prezident Arif Rəhimzadə ilə bağlı sərəncam verdi
Son Xeberler
Hikmət Hacıyev: Azərbaycanın xarici siyasətinin üf...
Azəri Xəbər

Ümummilli Lider müstəqilliyimizi əbədi və dönməz e...
Azəri Xəbər

Azərbaycan və Mərkəzi Asiya ölkələri strateji əhəm...
Azəri Xəbər

Prezident İlham Əliyevin hər bir çağırışı gələcəyi...
Azəri Xəbər

AMB-nin sədri: "Strateji valyuta ehtiyatlarımız öl...
Azəri Xəbər



