
Deputat: Əmək qabiliyyətinin itirilmə dərəcəsi ilə bağlı vahid mexanizm böyük nailiyyətdir

Layihənin əsas məqsədi iş fəaliyyəti dövründə xəsarət alan, yaxud peşə xəstəliyinə tutulan vətəndaşlarımızın ictimai ədalət və dövlət zəmanəti hüququnu müdafiə etməkdir.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna edilən dəyişikliklər müzakirə olunub. Müzakirələr zamanı deputat Nigar Məmmədova bu fikirləri səsləndirib.
Deputat qeyd edib ki, peşə əmək qabiliyyətinin itirilmə dərəcəsinin müəyyən edilməsi üçün vahid və aydın bir mexanizmin tətbiqi uğurlu təcrübə olacaqdır: “Uzun illərdir ki, bu sahədə mövcud olan bəzi qeyri-müəyyənliklər tibbi komissiyalar, sığorta şirkətləri və məhkəmələr arasında fərqli mövqelərə gətirib çıxarırdı. Yeni qanun bu ziddiyyətləri kökündən həll edəcək. Vahid qaydanın Nazirlər Kabineti tərəfindən təsdiqlənməsi hüquqi müəyyənliklə bərabər, lazım olan çevikliyi də təmin edəcək.
Gələcəkdə tibbi və sosial meyarlarda dəyişikliklər olarsa, həmin qaydaları operativ şəkildə yeniləmək mümkün olacaq. Hüquqi, tibbi və sosial aspektlərin vəhdəti məsələyə kompleks yanaşmanın göstəricisidir. İkinci mühüm məqam qurumlararası sıx əməkdaşlıqdır. Başqa, lakin çox vacib məsələ ictimai etimadın gücləndirilməsidir. Bu qanun layihəsi işçi, işəgötürən və dövlət arasında qarşılıqlı inamı artırır. Əmək qabiliyyətinin obyektiv və tam şəffaf qaydada qiymətləndirilməsi vətəndaşın özünü yüksək səviyyədə müdafiədə hiss etməsinə xidmət edir. Bu yanaşma, həmçinin, mübahisələrin azalmasına və sosial sabitliyin daha da möhkəmlənməsinə səbəb olacaq.
Qanun layihəsinin əsas üstünlüklərindən biri də onun maliyyə baxımından səmərəliliyidir. Sosialyönümlü layihələrin hazırlanmasında dövlət qurumları ilə yanaşı, müstəqil ekspertlərin və həmkarlar ittifaqlarının iştirakı hər zaman müsbət bəhrələr verir. Eyni təcrübənin Nazirlər Kabineti tərəfindən hazırlanacaq qaydalarda da tətbiqi prosedurunun şəffaflığını və obyektivliyini xeyli artırar. Bundan əlavə, prosesin rəqəmsallaşdırılması da əvəzsizdir. Tibbi rəylərin və qərarların vahid elektron bazasının yaradılması, nəticələrin rahat izlənməsi imkanları həm şəffaflığı təmin edəcək, həm də vətəndaş rahatlığını yüksəldərək prosesi daha da təkmilləşdirəcək.”
Nigar Məmmədova daha sonra vurğulayıb ki, işəgötürənlər üçün balanslaşdırılmış məsuliyyət məsələsi də başlıca əhəmiyyət kəsb edir: “Əgər işəgötürən qanunla müəyyən edilmiş sığorta öhdəliklərini tam yerinə yetirirsə, o, məhkəmə iddialarından etibarlı şəkildə qorunmuş olur. Yəni, bir tərəfdən işçi layiqli kompensasiya ilə təmin edilir, digər tərəfdən isə işəgötürən hüquqi müdafiə qazanır.”
Nəticə olaraq, bu qanun layihəsi sosial sığorta sistemimizi daha müasir, şəffaf və vətəndaşyönümlü edir. Bu, eyni zamanda, vətəndaşların hüquqlarını qorumağa və dövlət orqanlarının fəaliyyətini daha da təkmilləşdirməyə imkan verir.
Oyun sənayesi və virtual reallıq texnologiyaları haqqında yazıram. Gaming mədəniyyətinin Azərbaycanda inkişafını izləmək maraq doğurur.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

ŞAD XƏBƏR:
Son Xeberler

Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracı keç...
Bugun.az

Millət vəkilinin səhhəti pisləşdi -
Son Xeberler

Vahid Əhmədovun oğluna vəzifə verilir
Bugun.az

İşləməyən bu şəxslərə ayda 200 manat təqaüd verilə...
Son Xeberler

Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracı keç...
Azəri Xəbər