
"Euronews Academy" layihəsi çərçivəsində "Rəqəmsal Jurnalistika" mövzusunda təlim proqramına başlanıb

Medianın İnkişafı Agentliyi (MEDIA) və "Euronews" telekanalının birgə təşəbbüsü ilə həyata keçirilən "Euronews Academy" layihəsi çərçivəsində "Rəqəmsal Jurnalistika" mövzusunda növbəti təlim proqramına başlanıb. Layihə yerli jurnalistlərin rəqəmsal bacarıqlarını artırmağı hədəfləyir.
Açılış mərasimində çıxış edən "Euronews"un Bakı üzrə icraçı direktoru Fernando Soares, "Euronews Academy" proqramının beynəlxalq media təcrübəsini jurnalistlərlə bölüşmək üçün mühüm bir platforma olduğunu söylədi. O qeyd etdi ki, "Rəqəmsal Jurnalistika" təlimi iştirakçılara qlobal media standartlarını və yeni texnologiyaların tətbiqini praktik şəkildə öyrənmək imkanı verir. Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bu təşəbbüslərin əhəmiyyətini vurğuladı. O bildirdi ki, medianın inkişafı yeni yanaşmalar və peşəkarlığın artırılması ilə birbaşa bağlıdır. Bu beynəlxalq layihələr yerli jurnalistlərin rəqəmsal bacarıqlarının güclənməsinə və media mühitinin dayanıqlı inkişafına töhfə verir.
Təlimin ilk günü "Rəqəmsal xəbər toplanması və məlumat əsaslı jurnalistika" mövzusuna həsr olundu. İştirakçılar "Euronews" telekanalının tanınmış mütəxəssisi, 14 ildən artıq beynəlxalq təcrübəyə malik multimedia jurnalisti Tuba Altunkayanın təqdimatı ilə tanış oldular. Onlar rəqəmsal mühitdə məlumatların təhlili, faktların yoxlanılması və süjetlərin strukturlaşdırılması prinsiplərini öyrənirlər. Tədris prosesi interaktiv mühazirələr, qrup tapşırıqları və video analizləri daxil edir. Növbəti günlərdə keçiriləcək sessiyalar "Sosial media və YouTube kanalının idarə olunması", eləcə də "Mobil jurnalistika" modullarını əhatə edəcək. Bu təlim proqramını Tuba Altunkaya və "Euronews"un Yunan xidmətinin, həmçinin Daşkənd Bürosunun rəhbəri Akis Tatsis aparacaqlar.
Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.
Bütün məqalələrə baxınOxşar xəbərlər

"Euronews": Biz Azərbaycanda həm də medianın inkiş...
Azəri Xəbər

MEDİA-nın birgə təşkilatçılığı ilə “Euronews Acade...
Azəri Xəbər

Bakıda "Euronews Academy" təlim proqramının açılış...
Azəri Xəbər

Dezinformasiyaya qarşı mübarizədə jurnalistikanın...
Bugun.az

Media nümayəndələri üçün “Data Jurnalistikası” möv...
Bugun.az

"Cybersecurity və Ethical Hacking – Rəqəmsal Təhlü...
Edumap.az Təhsil Portalı



