
Hərbi parad dövlətimizin gücünün, Azərbaycan-Türkiyə-Pakistan qardaşlığının əyani göstəricisi oldu - Vüqar Rəhimzadə

Beş il əvvəl dünyaya səs salan tarixi Zəfərimiz Azərbaycan dövlətinin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətini, xalqımızın Vətən sevgisini və yenilməzliyini təqdim etdi. Bu gün Azərbaycan xalqı olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 44 gündə yazdığı şanlı Zəfər tarixinin reallıqlarını yaşayır və böyük qürur duyuruq. Noyabrın 8-də Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad bu baxımdan mühüm məqamları ehtiva etdi. Paradda Vətən müharibəsi dövründə bəyan edilən Azərbaycan-Türkiyə-Pakistan dostluğu və qardaşlığı bir daha ən yüksək səviyyədə nümayiş etdirildi.
Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci xanım Mehriban Əliyevanın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirak etdikləri paradda üç qardaş ölkənin dövlət himnləri səsləndi, hərbçiləri yanaşı dayandı. Bu, Azərbaycan, Türkiyə və Pakistan xalqlarının, ordularının birliyinin əyani təzahürüdür. Dövlət başçısı İlham Əliyev çıxışında 44 günlük İkinci Qarabağ müharibəsinə diqqəti yönəldərək bildirdi ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müharibənin ilk saatlarından başlayaraq Azərbaycana dəstəyini göstərdi. Onun verdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi və ruhlandırdı. Prezident Ərdoğanın "Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır!" deməsi bütün dünyaya çox ciddi mesaj idi. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq. Şanlı Zəfərimizdən bir il sonra Şuşa şəhərində Türkiyə və Azərbaycan Prezidentləri tarixi Şuşa Bəyannaməsini imzalayaraq əlaqələrimizi ən yüksək zirvəyə - müttəfiqlik səviyyəsinə qaldırmışlar.
Millət vəkili Vüqar Rəhimzadə qeyd etdi ki, Azərbaycan, Türkiyə və Pakistan birliyi yeni geosiyasi güc mərkəzinə çevrilib. Bu birlik tarixi Zəfərimizdən sonra daha da möhkəmlənib. 2021-ci ilin iyul ayında Azərbaycan, Türkiyə və Pakistan parlament sədrləri Bakıda bir araya gələrək Bakı Bəyannaməsini imzaladılar. Bu ilin 28 May-Müstəqillik Günündə Laçın şəhərində Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşünü bu həmrəyliyin növbəti təzahürü kimi qeyd edə bilərik. Paradda Azərbaycan, Türkiyə və Pakistan liderlərinin çiyin-çiyinə dayanaraq qüruru birgə yaşamalarının sevinci səsləndirdikləri çağırışlarda da öz ifadəsini tapdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regionda yeni bir dövrün qapıları açıldığını və Vətən müharibəsinin Asiyada və Avropadakı geosiyasi balansı dəyişdiyini bildirdi. O, bu Zəfəri bir son deyil, Qafqazda davamlı sülhə gedən yolun təməli kimi görür. O, Qarabağın azadlığa qovuşmasının təkcə Azərbaycan deyil, bütün Türk dünyası üçün böyük bir qürur mənbəyi olduğunu xüsusi vurğuladı.
Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin Hərbi paraddakı hər bir fikri dünənimizə baxış, gələcəyəmizə yönələn çağırış oldu. Prezident ordu quruculuğunun hər zaman prioritet məsələ olduğunu qeyd etdi. Biz güclü ordu yaratmışıq, döyüş qabiliyyətini artırmışıq, ordumuzu ən müasir silahlarla təchiz etmişik. Bütün bu amillər Qələbəmizi şərtləndirib. Paradda zirehli avtomobillərdən tutmuş uzaqmənzilli raket komplekslərinə, hava hücumundan müdafiə sistemlərindən yüksək dəqiqlikli pilotsuz uçuş aparatlarına qədər geniş spektr müşahidə olundu. Millət vəkili Ali Baş Komandanın Ermənistanın İkinci Qarabağ müharibəsi ərəfəsində yeni ərazi iddiaları ilə çıxış etməsinə yönələn fikirlərinə xüsusi diqqət yetirdi. Prezident qeyd etdi ki, ermənilərin "Bakı küçələrində olacağıq" arzuları həyata keçdi, amma bizim tərəfimizdən: onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir, hərbi cinayətkarlar isə indi Bakıda məhkəmə qarşısında cavab verirlər və istintaq təcridxanasında Azərbaycan çayını içirlər.
Azərbaycanın ədalətə söykənən siyasətinin uğurları davamlıdır. Tarixi Zəfərdən sonra ölkəmizin regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana təklif etdiyi sülh müqaviləsinə beynəlxalq dəstək də bunu göstərir. Bu möhtəşəm parada müxtəlif ölkələrin müdafiə nazirləri, hərbi nümayəndə heyətləri qatıldılar. Türkiyə və Pakistanın ali nümayəndə heyətlərindən əlavə, Slovakiyanın Baş nazirinin müavini, Səudiyyə Ərəbistanının müdafiə nazirinin müavini, Serbiyanın Baş Qərargah rəisi, Qırğızıstanın, Qazaxıstanın müdafiə nazirləri və Özbəkistanın müdafiə nazirinin müavini də paradda iştirak etdilər. Noyabrın 8-də keçirilən Hərbi parad bir daha sübut etdi ki, Azərbaycan hər zaman əməkdaşlıq məkanı, sülhün, təhlükəsizliyin tərəfdarı kimi dünyanın diqqətindədir.
Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Prezident İlham Əliyev: Pakistan hərbçilərinin par...
Azəri Xəbər
Deputat: Hərbi parad xalqımızın Qələbə ruhunun, mi...
Azəri Xəbər

Hərbi parad Azərbaycan-Türkiyə-Pakistan həmrəyliyi...
Azəri Xəbər

Bakıda Zəfər Gününün beşinci ildönümü münasibətilə...
Azəri Xəbər

Pakistan, Azərbaycan və Türkiyə bir millət, üç döv...
Bugun.az
Türkiyə MN Bakıdakı hərbi paradla bağlı paylaşım e...
Azəri Xəbər



