“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir

17.11.2025 07:13 8 baxış sayı 2 dəq. oxuma APA
“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir

Mobil operator Nar Azərbaycanın cənub bölgəsində yeni sosial məsuliyyət layihəsini həyata keçirdi. Şirkət sərfəli xidmətləri ilə yanaşı, regionlara diqqəti ilə tanınır. Bu dəfə Narın dəstəyi ilə Salyan rayonunun İsfəndiyar Həsənov adına Sarvan kənd tam orta məktəbində “Kitab dostu” guşəsi yaradıldı. Bu təşəbbüs bölgədə şagirdlər arasında oxu mədəniyyətini təbliğ etmək məqsədi daşıyır.


Nar guşəyə məktəblilərin mütaliə bacarıqlarını inkişaf etdirəcək 100-dən çox kitab hədiyyə etdi. Seçilmiş ədəbiyyat uşaqların həm təhsil uğurları, həm də şəxsi inkişafları baxımından böyük əhəmiyyət daşıyır. Mobil operatorun nümayəndələri “Kitab dostu” guşəsini ziyarət etmək məqsədilə Sarvan kənd məktəbinin qonağı oldular. Şirkət təmsilçiləri məktəbin müəllim heyətinin təşkil etdiyi tədbirdə iştirak etdilər. Onlar ziyarət zamanı istedadlı şagirdlərin ifasında vətənpərvərlik mövzusunda təşkil olunan tamaşaları da izlədilər.


Bu sosial təşəbbüs Narın Salyan şəhərində yeni mağazasının açılışı ilə birgə reallaşdırıldı. Bu, şirkətin hər bir regional genişlənməni faydalı sosial layihələrlə müşayiət etmək ənənəsinin növbəti nümunəsidir. Nar bu cür layihələr sayəsində oxu vərdişlərinin təşviqinə və bölgə məktəblərinə dəstək verməyə davam edir.


C
Rəqəmsal təhsil müxbiri

Rəqəmsal təhsil və onlayn öyrənmə platformaları haqqında yazıram. Pandemiyadan sonra bu sahə daha da inkişaf edib.

Bütün məqalələrə baxın
Paylaş: