
Osimhen derbidə meydana çıxmaq niyyətindədir

Türkiyə Super Liqası təmsilçisi “Qalatasaray”ın hücumçusu Viktor Osimhen zədəli olmasına baxmayaraq, sabah keçiriləcək “Fənərbağça” derbisində meydana çıxmaq niyyətindədir. Super Liqa təmsilçisinin nigeriyalı ulduzu, klubun bu cür böyük matçlara onun üçün yatırım etdiyini qeyd edərək, lazım gələrsə, risk etməyə hazır olduğunu bildirib.
Osimhen Nigeriya yığmasında zədələndiyi üçün əvvəlki iki matçı buraxmışdı. O, həm ölkə çempionatında “Gənclərbirliyi”, həm də Çempionlar Liqasında “Union SG” qarşılaşmalarında iştirak etməmişdi. Derbi öncəsi onun fiziki durumu “Qalatasaray” daxilində ən çox müzakirə olunan mövzulardan biri olaraq qalır, lakin oyunçunun öz istəyi çox qətidir.
"Sabah" qəzetinin məlumatına görə, Viktor Osimhen əvvəlcə komanda yoldaşları ilə söhbətlərində derbidə forma geyinmək istədiyini və lazım gələrsə risk alacağını bildirib. O, matçın əhəmiyyətini və azarkeşlər üçün nə demək olduğunu yaxşı bildiyini vurğulayıb. Hücumçu öz sözlərini belə ifadə edib: “Klub mənə bu cür böyük matçlar üçün yatırım edib. Lazım olsa riskə gedəcəm və meydana çıxıb yüz faizimi verəcəyəm.”
Nigeriyalı futbolçu bu qətiyyətli istəyini yaxın zamanda baş məşqçi Okan Burukla keçirəcəyi görüşdə də təkrarlayacaq. Osimhen zədə riskinə baxmayaraq, meydanda olmaq üçün israrlıdır. Onun matça çıxıb-çıxmayacağı ilə bağlı yekun qərar məhz bu müzakirələrdən sonra veriləcək.
Şahmat və zehin idmanları haqqında yazıram. Azərbaycanın bu sahədə güclü ənənələri var və izləməyə dəyər.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

“Qalatasaray”ın Osimhen xəyalı bitdi - Bu klubu se...
Bugun.az

“Qalatasaray” arzusuna çatır - Osimhen seçimini et...
Bugun.az

Osimhendən “Qalatasaray”a möhtəşəm jest - Sərvət t...
Bugun.az
Çempionlar Liqası: Galatasaray Osimhenin Dublu ilə...
Son Xeberler

Osimhen "Qalatasaray"da qalmaq üçün fantastik təl...
Bugun.az

Osimhen "Qalatasaray"dan gedir? - Sürpriz təklif
Bugun.az



