🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

“27 Sentyabr - Vətən sevgimizin və milli dirçəlişimizin zirvəsidir” -Allahşükür Paşazadə

24.09.2025 11:25 1 baxış sayı 3 dəq. oxuma
“27 Sentyabr - Vətən sevgimizin və milli dirçəlişimizin zirvəsidir” -Allahşükür Paşazadə

Sentyabrın 24-də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Azərbaycandakı dini konfessiyaların birgə təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və Quran tilavəti ilə başlayıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə çıxışında bildirib ki, Azərbaycan xalqı 30 illik işğala Vətən müharibəsi ilə son qoyaraq tarixi ədaləti bərpa edib:

“27 Sentyabr - Anım Günü milli dirçəlişimizin, dövlətçilik qüdrətimizin və Vətənə sevgimizin zirvəsidir. Azərbaycan xalqı həmin gün öz tarixinin ən böyük imtahanına daxil oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazi bütövlüyümüzü təmin etdi”.

Şeyxülislam şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, qazilərə şəfa diləyib. O qeyd edib ki, müharibə günlərində din xadimləri əsgərlərin və ailələrinin yanında olub, müxtəlif dinlərin nümayəndələri birlikdə şəhidlərin dəfn mərasimlərində iştirak ediblər.

Allahşükür Paşazadə çıxışında vurğulayıb ki, Prezident İlham Əliyevin müdrik siyasi kursu nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edilib, ölkəmiz beynəlxalq aləmdə nüfuzunu daha da artırıb:

“Vaşinqton Zirvəsində imzalanmış saziş Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasına zəmin yaradıb. 907-ci düzəlişin ABŞ Prezidenti Donald Tramp tərəfindən ləğv olunması isə Azərbaycan dövlətinə göstərilən yüksək etimadın bariz nümunəsidir”.

QMİ sədrinin sözlərinə görə, Azərbaycanın multikultural ənənələrinin qorunması, Şuşada yeni məscidin inşası, məbədlərin bərpası və müxtəlif dinlərə aid ibadətgahların mühafizəsi ölkəmizin tolerantlıq nümunəsi kimi dünya miqyasında yüksək dəyərləndirilir.

Tədbirdə həmçinin Azərbaycandakı dini konfessiyaların birgə Bəyanatı qəbul olunub. Bəyanatda Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi, Qarabağ Zəfərinin 5-ci ildönümü ərəfəsində xalqımıza yaşatdığı qürur və sevinc xüsusi qeyd olunub.

Sənəddə dövlət başçısının qlobal siyasi-diplomatik səviyyədə tarixi ədaləti bərpa etdiyi vurğulanaraq, Prezident İlham Əliyevin müdrik liderliyi və sülh diplomatiyası yüksək qiymətləndirilib.

Tədbir çərçivəsində “Qiblə Əhlinə Çağırış” adlı yeni nəşr də iştirakçılara təqdim olunub.

Paylaş: